Moskva Cənubi Qafqazda təhlükəsizlik məsələlərində İranla daimi əlaqə saxlayır
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rusiya Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı İranla davamlı əlaqə saxlayır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev deyib.
O bildirib ki, Moskva Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən konfransı ilə bağlı İranın verdiyi bəyanatları diqqətlə öyrənib və bu bəyanatlarda müxtəlif nüanslar və vurğular görür.
Fadeyevin sözlərinə görə, Cənubi Qafqazın problemlərinin optimal həlli region ölkələrinin yaxın qonşularının dəstəyi ilə işləyib hazırladıqları həll yollarını tapıb həyata keçirməkdir:
"Üçüncü tərəf oyunçularının cəlb edilməsi yalnız sülh gündəliyinin möhkəmlənməsinə töhfə verməli, əlavə çətinliklər və bölücü xətlər yaratmamalıdır", - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















