Moskva danışıqlar masasına qayıdır? Putin Zelenski görüşü mümkündürmü?
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kremlin mətbuat katibi Dmitri Peskovun son açıqlaması Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik müzakirələri yenidən gündəmə gətirib. Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskvadan kənarda görüşə hazırdır. Amma Kremlin əsas şərti odur ki, bu görüş sadəcə görüntü xarakteri daşımamalı, münaqişənin yekunlaşdırılmasına xidmət etməlidir. Onun sözlərinə görə, liderlər görüşündən əvvəl “böyük ev tapşırığı” görülməli, yəni texniki və siyasi məsələlər əvvəlcədən razılaşdırılmalıdır.
Bu açıqlama beynəlxalq mediada da diqqətlə izlənilir. Çünki müharibənin uzandığı bir dövrdə Moskvanın birbaşa liderlər görüşünü tam istisna etməməsi yeni diplomatik siqnal kimi qiymətləndirilir. Digər tərəfdən, Kreml bunun yalnız yekun mərhələdə mümkün olacağını vurğulayır. Bu isə göstərir ki, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva hesab edir ki, prosesin gələcək istiqaməti həm hərbi vəziyyətdən, həm də beynəlxalq vasitəçilərin aktivliyindən asılı olacaq. Onun sözlərinə görə, bu açıqlama ilk növbədə onu göstərir ki, tərəflər diplomatik kanalları tam bağlamayıb. Kreml anlayır ki, müharibə nə qədər uzansa da, sonda yenə masa arxasında müəyyən razılaşmalar müzakirə olunacaq. Müsahibimiz qeyd edib ki, burada əsas məsələ görüşün özü yox, onun hansı nəticəyə xidmət etməsidir:
“Moskva hazırda simvolik görüşdən daha çox siyasi nəticə istəyir. Yəni əvvəlcə detallar razılaşdırılmalı, sonra liderlər yekun qərar üçün görüşməlidir. Bu da Kremlin prosesə daha praqmatik yanaşdığını göstərir”.
Politoloqa görə, görüş üçün ən real variantlardan biri yenə Türkiyə görünür. Ankara həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda işləyə bilən nadir ölkələrdən biridir. Həmsöhbətimiz bundan əvvəl də taxıl sazişi və danışıqlar prosesində Türkiyənin vasitəçiliyinin olduğunu xatırladaq, qeyd edib ki, bundan başqa, Qətər və ya BƏƏ kimi ölkələr də neytral platforma kimi nəzərdən keçirilə bilər. Səudiyyə Ərəbistanı da son dövrlər diplomatik vasitəçilik rolunu artırmağa çalışır. Amma yekun qərar daha çox tərəflərin etimad göstərəcəyi platformadan asılı olacaq.

Züriyə Qarayeva: Müharibənin taleyi bir qədər də ABŞ, Avropa və regional güclərin mövqeyindən asılıdır
Kremlin “yekun nəticə üçün görüş” mesajına gəlincə, politoloqa görə,
Moskva deməyə çalışır ki, liderlərin görüşü əvvəlki nəticəsiz sammitlər kimi olmamalıdır. Kreml hesab edir ki, əvvəlcə texniki səviyyədə ciddi razılaşmalar əldə edilməlidir. Buraya təhlükəsizlik məsələləri, atəşkəs şərtləri və mübahisəli ərazilərlə bağlı mövzular daxildir. Yəni Putin-Zelenski görüşü başlanğıc yox, daha çox son mərhələ kimi təqdim olunur. Bu da göstərir ki, tərəflər hələlik tam kompromis nöqtəsinə gəlib çatmayıb. Ona görə də yaxın dövrdə sürətli sülh gözləmək çətindir.
“Bu açıqlamalar müharibənin yaxın zamanda bitəcəyini göstərə bilərmi” sualını cavablandıran Züriyə Qarayevanın dediyinə görə, hələlik bunu demək tezdir. Çünki həm cəbhədə, həm də siyasi masada tərəflərin mövqeləri kifayət qədər sərtdir:
“Amma belə açıqlamalar onu göstərir ki, diplomatik zəmin tamamilə itib-batmayıb. Beynəlxalq vasitəçilər də məhz bu cür mesajları gələcək danışıqlar üçün imkan kimi görürlər. Müharibənin taleyi bir qədər də ABŞ, Avropa və regional güclərin mövqeyindən asılıdır. Əgər tərəflər hərbi yolla tam nəticə əldə edə bilməyəcəklərini qəbul etsələr, o zaman diplomatik mərhələ daha da aktivləşə bilər”.
Zülfü Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 May 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















