Moskva dördüncü dəfə PUA hücumuna məruz qaldı
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın paytaxtı Moskva şəhəri növbəti dəfə PUA hücumuna məruz qalıb. Hücim hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında yazıb.
Merin sözlərinə görə, fövqəladə hallar xidmətinin mütəxəssisləri dronun qalıqlarının olduğu yerə gəliblər.
Onun məlumatlarına görə, günün əvvəlindən 17 PUA paytaxta hücum etməyə cəhd edib. Onların əksəriyyəti dünən gecə şəhərə doğru gedirmiş: Ukraynanın ilk üç pilotsuz təyyarəsi təxminən 0:20, sonuncusu isə saat 1:46 radələrində vurulub. Saat 18:05 və 18:11, 18:38-də Moskvaya yeni hücum cəhdləri qeydə alınıb.
Bu fonda paytaxtın Şeremetyevo və Vnukovo hava limanları fəaliyyətini dayandırıb. Rosaviasiya bu tədbirlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu izah edib.
Turan İSMAYIL
Baxış sayı:109
Bu xəbər 20 İyul 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















