Icma.az
close
up
RU
Moskva Ərdoğanın təklifini rədd etdi: Türkiyənin bu cür hərəkətini təqdir edə bilmərik

Moskva Ərdoğanın təklifini rədd etdi: Türkiyənin bu cür hərəkətini təqdir edə bilmərik

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə ilə Ukrayna arasında qarşılıqlı fəaliyyətin bəzi aspektləri Ankaraya münaqişənin həlli prosesində tamhüquqlu vasitəçi olmağa imkan vermir.

Sitat.info xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri məsələləri üzrə xüsusi səfiri, Rusiya Evinin təşkilatçılığı ilə Ankarada səfərdə olan Rodion Miroşnik deyib.

“Bilirsiniz, vasitəçilik və ya sülhməramlı mövqe tutmaq istəyən tərəflər müəyyən meyarlara cavab verməlidir. Ən azından, Kiyev rejiminin təşəbbüsü ilə həyata keçirilən layihələri maliyyələşdirməməlidir. Bu nüans kifayət qədər vacibdir və Türkiyənin bir növ sülhməramlı kimi çıxış etmək istəyinə uyğun gəlmir. İqtisadi əməkdaşlıq, hərbi və ya hərbi-texniki dəstək - tərəflər arasında sülhməramlı rolu üçün qəbuledilməz amildir. Ona görə də aydındır ki, biz Türkiyənin bu cür hərəkətini təqdir edə bilmərik. Amma Türkiyə təbii ki, baş verənlərə öz baxışlarını rəhbər tutur”, - Miroşnik qeyd edib.

Eyni zamanda o bildirib ki, Rusiya Türkiyə ilə dialoq aparır:

“Rusiya xarici işlər nazirinin səfəri (Sergey Lavrov 23-24 fevralda Türkiyədə səfərdə olub – red.) göstərir ki, bizim ölkələr arasında kifayət qədər yaxın münasibətlərimiz var. Türkiyənin siyasətini tənqid etmək mənim səlahiyyətimə uyğun deyil, lakin hesab edirik ki, indi bizim tərəfimizdən irəli sürülən təkliflər (Ukrayna nizamlanması ilə bağlı) Türkiyənin milli maraqlarına xidmət edir, Türkiyə üçün daha praqmatikdir”.

Miroşnik əlavə edib ki, Moskva 3 il əvvəl həll yollarının tapılması üçün platforma təqdim etdiyi üçün Türkiyənin mövqeyini və hərəkətlərini yüksək qiymətləndirir:

“Əgər o zaman müqavilə İstanbulda imzalansaydı, ilk növbədə Ukrayna tərəfindən yüz minlərlə insanın həyatını xilas etmək olardı. İndi qoy Zelenski öz xalqına bunun niyə baş vermədiyini izah etsin".

Diplomat ümid etdiyini bildirib ki, Türkiyə ilə dialoqun davam etdirilməsi bizə qarşılıqlı məqbul həllər əldə etməyə imkan verəcək.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Ukrayna və Rusiya arasında danışıqlara Türkiyənin ev sahibliyi edə biləcəyini bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri