Icma.az
close
up
RU
MOSKVA HÜCUMLARI DAVAM ETDİRƏRSƏ... Bakı bu qərarı verə bilər

MOSKVA HÜCUMLARI DAVAM ETDİRƏRSƏ... Bakı bu qərarı verə bilər

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiyanın Ukraynanın qaz infrastrukturu və SOCAR-a məxsus neft bazasına endirdiyi hava zərbələri müzakirə edilib. Hər iki lider Rusiya Silahlı Qüvvələrinin fəaliyyətindən narahatlığını ifadə edib.

Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulan embarqonun götürülməsi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir: "Rusiya ordusu Kremlin təlimatıyla Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endirdilər. Bununla Kreml Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Dövlət Neft Şirkətinin xarici ölkədəki yanacaq mərkəzinə zərbə endirmək və orada çalışan insanlara zərər yetirmək faktiki Azərbaycanı hədəf almaq deməkdir. Buna görə də rəsmi Bakı adekvat addımlar barədə düşünmək məcburiyyətindədir. Belə vəziyyətdə Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir".

Xatırladaq ki, Rusiya ordusu son vaxtlar Ukrayna ərazisində Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirir. Bu vəziyyət Bakını cavab addımları atmağa məcbur edir və iki ölkə arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Avqustun 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa vilayətində yerləşən SOCAR neft bazasına hücum edib. Hücum zamanı beş “Şahed” kamikadze dronu obyektə istiqamətləndirilib, nəticədə yanğın baş verib və dizel boru kəməri zədələnib. SOCAR-ın dörd əməkdaşı ağır yaralanıb. Bu, son həftələrdə Azərbaycana məxsus obyektlərə edilən ikinci hücumdur.

Bundan əvvəl Rusiya, 28 iyunda Azərbaycandan Ukraynaya qaz nəqlinin başladığı Trans-Balkan qaz kəmərinin mühüm hissəsi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyanı hədəfə almışdı.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Avqust 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri