Moskva indi də Serbiyanı düşmən elan edir Kampaniyaya Duqin də qoşulub
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayandan sonra Rusiya özünə düşmən elan etdiyi ölkələrin sırasını durmadan artırır.
“AzPolitika” xəbər verir ki, Rusiyada son zamanlara qədər “dost və qardaş dövlət” olan Serbiyaya qarşı mənfi təbliğat getdikcə güclənir. Xüsusilə də Prezident Aleksandar Vuçiç Kreml təbliğatçılarının “qara siyahısına” salınıb.
Təbliğatçılar qeyd edirlər ki, Vuçiç Avropa İttifaqı və Almaniya ilə müqavilələr imzalayıb və Ukraynaya silah tədarükündə iştirak edib. Rusiya kəşfiyyatı iddia edir ki, Serbiya Ukraynaya çoxlu raket sistemləri və minaatan mərmiləri göndərib. Bu isə Rusiyaya qarşı “xəyanət”dir.
Üstəlik, Serbiya Fransa ilə 2,7 milyard avro dəyərində “Rafale” qırıcılarının alınmasına dair müqavilə imzalayıb ki, bu da Belqradın Rusiyanın təsirindən uzaqlaşması kimi qiymətləndirilib.
Hətta Rusiyanın tanınmış “strateqi və filosofu” Aleksandr Duqin də Prezident Aleksandr Vuçiçi hədəf alıb. O deyib ki, bütün bunlara yol verən Serbiya Prezidenti Vuçiç “legitimliyini itirib”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 İyul 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















