Icma.az
close
up
RU
Moskva İranın nüvə proqramı ilə bağlı Vaşinqton Tehran danışıqlarını alqışlayıb

Moskva İranın nüvə proqramı ilə bağlı Vaşinqton Tehran danışıqlarını alqışlayıb

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Andrey Rudenko: “Nəticələrin konkret və nəzərəçarpacaq olacağını gözləyirik”

“Moskva İranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarını alqışlayır. Lakin danışıqları əldə olunan nəticələrə görə qiymətləndirəcəyik”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Biz hər zaman istənilən danışıqları onların nəticələrinə görə qiymətləndirəcəyik. Nəticələrin konkret və nəzərəçarpacaq olacağını gözləyirik. Biz ümumilikdə danışıqlar faktını alqışlayırıq. Əgər müsbət nəticələr əldə olunarsa, biz yalnız xoşbəxt olacağıq", - diplomat qeyd edib.

Qeyd edək ki, aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar keçirilib. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. Oman diplomatları vasitəçi kimi çıxış ediblər.

“Reuters”in məlumatına görə, danışıqların əsas mövzusu İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona qarşı bəzi sanksiyaların yumşaldılması olub. Həmçinin bildirilir ki, tərəflər regionda gərginliyin azaldılması və əsirlərin dəyişdirilməsi imkanlarını müzakirə ediblər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehran və Vaşinqtonun nüvə silahı məsələsində kompromis tapmayacağı təqdirdə İranı irimiqyaslı bombardmanlarla hədələmişdi. “Daily Mail” Ağ Evdəki mənbəyə istinadən ABŞ-ın bu ilin sentyabrına qədər İranı məhv edəcəyi ilə bağlı hədələri də yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see165

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri