Icma.az
close
up
RU
Moskva İrəvanı cəzalandıra bilər! “Ermənistanda hərbi təxribat…” AKTUAL

Moskva İrəvanı cəzalandıra bilər! “Ermənistanda hərbi təxribat…” AKTUAL

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması, onun ilk dəfə olaraq Rusiyanın orbitində olan təşkilatdan imtinası anlamına gəlir. Bu, Moskva ilə İrəvan arasında onsuzda kövrək olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər”.

Bunu Bakıvaxtı.az-a politoloq Zeynal Əmrəliyev “Ermənistan parlamentinin spikeri Alen Simonyanın “KTMT özü baxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox” fikrini şərh edərkən deyib. Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan hakimiyyətinin CO Bayden administrasiya ilə strateji əməkdşalıq haqqında müqavilə imzalamasına rəğmən Donald Tramp hakimiyyətə gəldikdən sonra Ermənistana diqqət yetirmədiyinin şahidi oluruq:

“Bu yaxınlarda Ermənistanın baş naziri Nilol Paşinyan iki ölkə -Rusiya və Ermənistan arasındakı münasibətlərin normlaşdırılması istiqamətində tapşırıq vermişdi. Ancaq KTMT-dən çıxmaq bu münasibətləri mürəkkəbləşdirə bilər. Eyni zamanda Ermənistanın Avrasiya İqtisadi Birliyindəın çıxarılması ilə də nəticələnər ki, bu da İrəvan üçün yaxşı heç nə vəd etmir. Yəni bu, Ermənistan iqtisadi cəhətdən problemlərlə üzləşməsi deməkdir. Son zamanlar Ermənistan və Rusiyanın qarşılıqlı ticarət dövriyyəsi 16 milyard dollara yaxınlaşıb. Bu da Ermənistan kimi iqtisadiyyatı kiçik olan bir ölkə üçün kifayət qədər böyük rəqəmdir. Həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə geniş iqtisadi əlaqələri mövcuddur. Onun Avrasiya İqtisadi Birliyindən çıxarılması iqtisadi və siyasi “qan” itirməsinə yol aça bilər.”

Ermənistanda Rusiyanın hərbi bazasının olduğunu xatırladan ekspert diqqətə çatdırıb ki, kifayət qədər ciddi hərbi contingentdən söhbət gedir:

“Ermənistan ordusu daxilində Rusiyaya bağlı olan qrup mövcuddur, bu qrup ali zabit heyətində yer alır. Yəni generallardan ibarət heyətdir. Bu zabitlərin Rusiyaya bağlılığı şübhə doğurmur. Bu, Paşinyan hökuməti üçün ciddi bir təhlükədir. Ermənistanın KTMT-dən çıxması Ermənistanın özü üçün və Paşniyan hökuməti üçün ciddi problemlər yarada bilər. Ermənistanın KTMT-dən çıxması məsələsi kəskinləşərsə, Ermənistan daxilində hərbi təxribatın baş verməsi istisna deyil. Rəsmi Moskva bu yolla İrəvanı cəzalandıra bilər”.      

Qeyd edək ki, Ermənistanın KTMT-dəki aqibətinə aydınlıq gətirilib. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətdə öz mövqeyini yenidən nəzərdən keçirmək niyyətində deyil. Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik ki?! Əslində KTMT özü baxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox. Əgər mövcuddursa, onun sərhədlərinin hardan keçdiyini və nə etməli olduğunu, nələri isə etmədiyini bəyan etməlidir”, - Simonyan vurğulayıb. O həmçinin, baş nazir Nikol Paşinyanın tapşırığı ilə ölkə qurumlarının Rusiya tərəfdaşları ilə əməkdaşlığı fəallaşdırmağa başladığı barədə yayılan məlumatları təkzib edib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Mart 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri