Icma.az
close
up
RU
Moskva Kiyevi ifşa etdi: “Cəsədləri qəbul etsə…”

Moskva Kiyevi ifşa etdi: “Cəsədləri qəbul etsə…”

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Volodimir Zelenski cəsədlərin qəbulu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin real itkilərinin üzə çıxacağından qorxur və bu səbəbdən də ailələrə kompensasiya ödəmək istəmir”.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bu barədə “Solovyov Live” telekanalına açıqlamasında bildirib.

“Ukrayna hazırda başını quma soxmuş dəvəquşu mövqeyi tutur – Zelenski sadəcə baş verənlərdən gizlənməyə çalışır”, – deyə Miroşnik bildirib.

Diplomat xatırladıb ki, daha əvvəl Zelenski 45 min həlak olmuş hərbçidən danışmışdı, lakin Rusiyanın Ukraynaya təhvil verməyə hazır olduğu təkcə bir partiyada 6 min cəsəd var.

“Bu, hələ son deyil. Bu, sadəcə başlanğıcdır”, – Miroşnik deyib.

Onun fikrincə, Zelenski bu rəqəmlərdən qorxur, çünki öz açıqlamaları ilə ziddiyyətə düşür. “Zelenskinin ofisi ciddi şəkildə narahatdır ki, bu faktlar cəmiyyətdə narazılıq yaradıb, amansız üsyana səbəb ola və daxili siyasi gündəmə təsir göstərə bilər”, – diplomat əlavə edib.

Miroşnikin sözlərinə görə, Kiyevin cəsədləri qəbul etməməsinin ikinci səbəbi isə ölmüş əsgərlərin ailələrinə təzminat ödəmək istəməməsidir:

“Orada kompensasiya öhdəliklərindən yayınmağa imkan verən bütün bir mexanizm mövcuddur. Halbuki bu kompensasiyalar heç də az məbləğdə deyil”.

Qeyd edək ki, bundan öncə Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib ki, Moskva İstanbul sazişlərinə uyğun olaraq 6 iyun tarixində Ukraynaya 6 minədək ukraynalı hərbçinin cəsədinin təhvil verilməsi, həmçinin yaralı və ağır vəziyyətdə olan, eləcə də 25 yaşdan aşağı əsirlərin dəyişdirilməsi ilə bağlı humanitar prosesə başlayıb. Lakin Medinskinin sözlərinə görə, Ukrayna tərəfi cəsədlərin qəbulunu və əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 İyun 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri