Icma.az
close
up
RU
Moskva Muzeyində erməni saxtakarlığı Xəritə

Moskva Muzeyində erməni saxtakarlığı Xəritə

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, Marina Roşça rayonunda “Moskva Erməni Muzeyi və Millətlər Mədəniyyəti” adlı muzey fəaliyyət göstərir. Bu muzeydə çox sayda erməni saxtakarlığı “fakt kimi” təqdim edilir. Onlardan birini - saxtakarlıqla tərtib edilən xəritəni təqdim edirəm.

Saytda daxil olanda xəritə qarşımıza çıxır. Ermənilər xəritə barədə məlumat löhvəsinə yazıblar:

“ABŞ Konqres Kitabxanasının fondunda kiçik bir mis qravür vərəqi saxlanılır. Bu, atlasdan çıxarılmış, arxiv möhürü vurulmuş və aşağı sahəsinə karandaşla “Le Petit Maritime Atlas. 1764. Bellin” qeydi edilmişdir. Bu, Jak-Nikola Bellin tərəfindən həmin ildə, onun beş cildlik əsas əsəri “Kiçik Dəniz Atlası”nın nəşr olunduğu vaxt yaradılmış “Carte de l’Arménie, Géorgie et pays voisins” — yəni Ermənistan, Gürcüstan və qonşu ölkələrin xəritəsidir”.

İndi gəlin bu saxtakar millətin yalanlarını bir-bir üzə çıxaraq. Bunun üçün kartoqrafiya üzrə müraciət etdiyim və kömək üçün xahiş etdiyim xarici peşəkar mütəxəssislərin gəldiyi qənaətləri sizinlə bölüşürəm:

- “Şəkildəki yazıların kənarlarındakı “pikselleşmə” və ya bəzi rənglərin həddindən artıq canlı olması onun orijinal kağız deyil, rəqəmsal olaraq işlənmiş və ya bərpa edilmiş versiya olduğunu göstərir”.

- “Xəritənin aşağı künclərindəki "Jacqueline-Andre BARGUIRDJIAN" və “Jacques KHANZADIAN” adlarını araşdırsanız, bu şəxslərin köhnə xəritələri toplayan və ya onları müəyyən bir siyasi-tarixi məqsədlə yenidən nəşr edən şəxslər olduğunu görə bilərsiniz. Bu, xəritənin orijinal 18-ci əsr nüsxəsi deyil, sonrakı dövrün “reproduksiyası” olduğunu sübut edir. 1780-ci ildə çap olunmuş orijinal xəritədə 150 il sonra doğulmuş şəxslərin adları ola bilməz”.

- “18-ci əsr xəritələri mis lövhələrdə qazılaraq çap olunurdu. Orijinal xəritələrdə xətlər çox incə və detallı olur. Bu şəkildəki bəzi xətlər çox qalın və qaba görünürsə, bu onun üzərində sonradan redaktə edildiyini göstərir”.

Xəritənin Fransa arxivində olan orjinal nüsxəsini də paylaşıram.

Xəritənin iddia edilən dövrdə istifadə olunmayan coğrafi adların və ya siyasi sərhədlərin olub-olmadığına baxsaq görərik ki, əksər toponimlər o dövrün fransız kartoqrafiyasında fərqli yazılıb və ermənilərin təqdim etdiyi xəritədən fərqlənir.

Sərhəd xətləri, rənglər və ya bölgə adları (məsələn, "Armenie" yazısının ölçüsü və yeri) orijinaldan fərqlidirsə, bu, xəritənin sonradan siyasi məqsədlərlə redaktə edildiyinin sübutudur. Biz açıq gözlə görürük ki, o dövrün fransız kartoqrafiyasının qaydalarına uyğun olmayan (məsələn, "y" əvəzinə "i" istifadəsi kimi kiçik detallar) yazılışlar var və bu, bir daha isbat edir ki, ermənilərin muzeydə sərgilədiyi xəritə saxtadır.

Şəkli böyüdüb baxanda görürük ki, “Armenie” və ya digər iri yazılar xəritənin altındakı coğrafi detalların üzərinə çox təmiz və sanki yapışdırılmış kimi düşüb ki, bu da rəqəmsal və ya mexaniki yolla əlavə edildiyini isbat edir. 18-ci əsr xəritələri mis lövhələrdə çap olunurdu. Orijinal xəritənin kənarlarında lövhənin kağıza basılması nəticəsində yaranan “çökəklik” izi olur. Burda isə yoxdur. Orijinal Bonne xəritələrində çox vaxt “Erivan” yerinə “Irvan” və ya fərqli arxaik formalar işlədilir.

Son olaraq qeyd edim ki, ermənilər öz saxtakarlıqları ilə özlərini və avam erməni diasporunu aldada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 May 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri