Icma.az
close
up
RU
Moskva paradında təxribat yaşana bilər? Zelenski plan hazırlayır ŞƏRH

Moskva paradında təxribat yaşana bilər? Zelenski plan hazırlayır ŞƏRH

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Kreml təmsilçisi qeyd edib ki, bunlar Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiyadır.

Lakin məlumdur ki, Ukrayna lideri Volodimir Zelenski parada qatılacaq ölkələrin təhlükəsizliyinə zəmanət verməyəcəyini bildirmişdi. Ona görə də bu parada ölkələrin qatılmamasını bəyan etmişdi. Bu arada Medvedev də Zelenskiyə cavab olaraq vurğulamışdı ki, əgər 9 May paradında hər hansısa hadisə baş verərsə, Kiyev mayın 10-na sağ çıxmayacaq.

Maraqlıdır görəsən, Kiyev həqiqətən də dediyi kimi 9 May paradında hansısa təxribata əl ata bilərmi? Turkustan.az olaraq sualımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq.

Rusiya hansı dövlətlərin qonaq olacağını açıqladı.Düzdü bəzi ölkələr hələ tam dəqiqləşdirilməyiblər. Qəti olaraq iştirak edib-etməyəcəklərini bilmirlər. Zelenski açıqlamasında onu göstərir ki, hər an hər şey yaşana bilər. Yəni Ukrayna lideri onu dedi ki, Rusiyaya hər an sürprizim ola bilər. Xəbərdarlıq da etdi ki, dövlət və hökumət başçıları çalışıb orada iştirak etməsinlər. Bu da başdan verilən bir mesaj kimi dəyərləndirilə bilər. Hər halda, Zelenkski bunu deyibsə, deməli Rusiyanın daxilində xüsusi ilə Moskva və daxili ərazilərdə özünə məxsus kəşfiyyat və əks-kəşfiyyat qrupları vasitəsi ilə hansısa bir plan hazırlaya bilər. İndi nə olacağını zaman göstərəcək. Amma düşünürəm ki, təxribatın olma ehtimalı çoxdur. Hətta deyərdim ki, burada artıq təhlükəsizlik zəmanəti vermək çox çətin olacaq. Düzdür, Rusiya tərəfi böyük ehtimalla Moskva səmasını təyyarələr ilə bağlamağa çalışacaq və yaxud da xusüsi ilə paradın keçirildiyi ərazidə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcək. Amma yenə də təhlükəsizliyə hansısa formada tam təminət vermək çətin məsələdir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri