Moskva sakinlərinə həftəsonu ilə bağlı xəbərdarlıq edilib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Rusiyanın Moskva şəhəri və Moskva vilayətində həftəsonu hava anomal dərəcədə isti olacaq.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets öz teleqram kanalında bildirib.
Sinoptikin sözlərinə görə, həftənin qalan hissəsi üçün güclü Atlantik istiliyi proqnozlaşdırılır - termometr göstəriciləri noyabrın ilk ongünlüyünə xas olan normanı xeyli keçəcək. Belə ki, şənbə günü, noyabrın 9-da hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecələr havanın temperaturu 0 və +3 dərəcə, gündüz isə +6 ilə +9 dərəcə olacaq.
Noyabrın 8-i cümə gününə gəlincə, günorta buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz arabir yağış yağacağı gözlənilir.
Cümə günü hava müsbət altı dərəcəyə qədər istiləşəcək, bölgədə ikidən yeddi dərəcəyə qədər isti olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















