Moskva səfərinə böyük əngəl Estoniya Fitsonun yolunu kəsdi
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Slovakiyanın Baş naziri Robert Fitso Estoniyanın onun təyyarəsi üçün hava məkanını bağladığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Fitsonun sözlərinə görə, bununla Estoniya onun Rusiyaya səfərinə mane olmağa çalışıb.
“Əlbəttə ki, burada məqsəd mənim Moskvaya gedişimə əngəl olmaqdır. Bu anlarda protokol alternativ tapmaq üçün əlindən gələni edir”, – o deyib.
Xatırladaq ki, daha əvvəl eyni hal ilə Serbiya Prezidenti Aleksandar Vuçiç də qarşılaşmışdı. Belə ki, Litva və Latviya hava məkanını onun təyyarəsi üçün bağlamışdı.
Qeyd edək ki, məsələyə münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalına müsahibəsində Avropa ölkələrinin Moskvaya səfər etmək istəyənlər üçün hava məkanını bağlamasını “biabırçılıq” adlandırıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 May 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















