Moskva son kartını oynadı 84 il sonra gözlənilməz xəbərdarlıq
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belarusun müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Pavel Muraveykonun açıqlaması ölkədə narahatlıq doğurub. Muraveyko Belarus ətrafında hazırkı vəziyyətin 1941-ci ilin iyunundan, yəni İkinci Dünya müharibəsindən əvvəlki dövrdən daha mürəkkəb olduğunu söyləyib.
Baş Qərargah rəisinin bu sözləri Rusiya-Belarus cütlüyü ilə Avropa arasında müharibə iddialarını gücləndirib.
Mövcud vəziyyət nəzərə alındıqda, genişmiqyaslı müharibə ehtimalı nə dərəcədə reallığa uyğun görünür? Rusiya Avropa ilə qarşıdurmaya gedəcəkmi? Ehtimal hərbi-siyasi gərginlik fonunda Belarus və qonşu dövlətləri nə gözləyir? Ümumilikdə, bu kimi açıqlamaların məqsədi nədir?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn bildirib ki, səsləndirilən bu fikirlər Belarus və Rusiya rəhbərliyinin xəyali düşmən yaratmaq cəhdidir:
“Adı çəkilən ölkələrin necə idarə olunduğu hamıya məlumdur. Həmçinin real olaraq belə bir hücum ssenarisi mümkün deyil. Avropa İttifaqının (Aİ) Belarus və ya Rusiyanı işğal etmək, bu ölkələrlə müharibə aparmaq kimi strateji hədəfi yoxdur. Avropada genişmiqyaslı silahlanma və səfərbərlik siqnalları görünmür.
Ukrayna müharibəsindən sonra ölkələrin ayrı-ayrı silahlanması prosesi sürətləndirilsə də, bu, Rusiyanın səviyyəsində deyil. Daha çox Baltik ölkələrinə aiddir. Çünki onlar da özlərini Rusiyadan müdafiə etməyə çalışırlar.
Vaqif Hüseyn
Müharibə başlayarsa, bir çox ölkə buna qoşulacaq. Tarix göstərir ki, belə savaşlar əsasən məğlubiyyətlə nəticələnir. Rusiya bunu 1853-cü ildə Krım müharibəsində gördü.
Dünya miqyasında baş verəcək müharibənin nəticəsi çox ağır olacaq. Nüvə silahı belə bir qarşıdurmanın taleyini həll edən əsas amilə çevriləcək və bu, total bir fəlakət deməkdir. Üstəlik, fəlakət təkcə Rusiya üçün deyil, onunla müharibə aparan ölkələr üçün də qaçılmaz olacaq”.
Turan Rzayev
Globalinfo.az
Baxış sayı:91
Bu xəbər 12 Dekabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















