Icma.az
close
up
RU
Moskva Taliban ı tanıdı Rusiya Əfqanıstana qayıdır

Moskva Taliban ı tanıdı Rusiya Əfqanıstana qayıdır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan "Taliban" radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı aradan qaldırıb.

Məhkəmə baş prokurorun iddiasını təmin edib. Bu o deməkdir ki, Rusiya artıq "Taliban"ı terror təşkilatı hesab etməyəcək.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında "Taliban"ı ölkəsində qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa imkan verən qanunu imzalayıb. Sənədə əsasən, təşkilat "terrorçuluğun təbliğatı, əsaslandırılması və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırdığı" təqdirdə Rusiya baş prokurorunun sorğusu əsasında məhkəmə fəaliyyət qadağasını dayandıra bilər. Çünki bundan əvvəl təşkilatın terrorçular siyahısıdan çıxarılmasına dair mexanizm qəbul olunmayıb.

Rusiya "Taliban"ı 2003-cü ildə terror təşkilatları sırasına daxil etmişdi. Qərarda deyilirdi ki, "Taliban" Çeçenistan və Mərkəzi Asiya dövlətlərində qanunsuz silahlı qruplaşmalar yaradır və İŞİD-lə sıx əlaqə saxlayır. O vaxt Rusiya Əfqanıstanda "Taliban"a qarşı əməliyyatlar aparan ABŞ-yə və müttəfiqlərinə müəyyən dəstək də verirdi.

2001-ci ildən 2021-ci ilədək "Taliban" hərəkatı Əfqanıstanın müxtəlif bölgələrində silahlı əməliyyatlar keçirib. Hərəkat ölkənin təhlükəsizliyi üçün təhdid yaradırdı. Ona görə 2015-2016-cı illərdə Çin və Qətərin vasitəçiliyi ilə ABŞ və yerli hakimiyyət nümayəndələri, eləcə də hərəkat təmsilçiləri arasında danışıqlar keçirildi. Ancaq bu danışıqlar nəticəsiz qaldı.

"Taliban" hərəkatı birinci dəfə hakimiyyətə gəldiyi kimi, 2021-ci ilin avqustunda yenidən Əfqanıstana nəzarəti ələ keçirdi. Ona qarşı olan qüvvələr ölkəni tərk etməyə məcbur oldular.

Nə birinci, nə də ikinci dönəmdə hərəkat hakimiyyətinin legitimliyi, Pakistan və Qətər istisna olmaqla, dünya dövlətləri tərəfindən tanınmayıb. Bir sıra ölkələr, o cümlədən Rusiya onu terrorçu təşkilatlar siyahısına daxil edib.

ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısında Pakistandakı "Təhrik-e-Taliban" da daxil olmaqla, 70-dən çox başqa qruplaşmanın adı olsa da, Əfqanıstan "Taliban"ının adı yoxdur. İddia edilir ki, bu hərəkat terrorizm və terror haqqında tərifə uyğun gəlmir. Mütəxəssislər bildirib ki, onlar hökumətə təsir etmək üçün mülki əhaliyə qarşı hücum etmirlər.

Bu hərəkat faktiki olaraq hökumətdir. Ekspertlərin qənaətincə, ABŞ onları terror təşkilatı kimi tanısaydı, onda özü və tərəfdaşları onlarla əlaqə saxlamaqda çətinliklə üzləşərdilər.

Bununla belə, "Taliban" ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır.

Rusiyanın bu hərəkata münasibətinə gəldikdə isə, "Taliban" ikinci dönəmdə hakimiyyətə gəldikdən sonra rəsmi Moskva ötən dəfəki kimi davranmayıb. Belə ki, "Taliban" hökumətinin rəsmiləri Rusiyaya səfər edərək ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını, habelə Rusiyanın tətbiq etdiyi sanksiyaları götürməsini istəyiblər.

Rusiyanın "Taliban"la de-fakto münasibəti var idi. Ona qoyulan qadağanın götürülməsi Rusiyanın Əfqanıstanda fəallığını artıra bilər. Rusiya bununla Əfqanıstandakı güclərin iştirakı baxımından mövcud boşluğu müəyyən mənada doldurar. O, indiki qarışıq vəziyyətdə Yaxın Şərq regionuna yaxınlaşar, İrana və Pakistana əlavə çıxış əldə edə bilər. Çinlə birlikdə Əfqanıstana nəzarəti ələ keçirər.

Əfqanıstan zəngin mineral ehtiyatlara, xüsusilə neft, qaz, kömür, mis, gümüş, qızıl, kobalt, kükürd, qurğuşun, sink, nadir torpaq elementləri, dəmir filizi, duz, qiymətli və yarımqiymətli daşlara malikdir. Əfqanıstanda elektromobillərin istehsalında istifadə olunan litium yataqları da var. Pentaqonun 2010-cu ildə yaydığı hesabatda Əfqanıstanın "litiumun Səudiyyə Ərəbistanı" ola biləcəyi qeyd edilirdi.

Bir neçə il öncə "The Diplomat" jurnalında dərc edilmiş məqalədə Əfqanıstanda faydalı qazıntıların və nadir torpaq elementlərinin dəyəri 1-3 trilyon dollar həcmində qiymətləndirilirdi.

Əfqanıstanın zəngin yeraltı sərvətlərə malik olması yenilik deyil. Rusiyanın onu rəsmi olaraq terrorçu təşkilatlar siyahısından çıxarması ilə ölkənin bu üstünlüyünü də xatırlamaq istədik. Çünki Rusiya həmin sərvətlərin hasilatı üçün "Taliban" hökuməti, yaxud rəsmi Kabillə müqavilələr imzalaya bilər.

Moskvanın bu addımı perspektivdə, ABŞ başda olmaqla, Qərblə Əfqanıstan uğrunda yeni mübarizəyə təkan verər. Rusiyanın bu qərarını ölkəyə doğru yeni ilk addım da saymaq olar. Onun ardınca ABŞ-nin də "Taliban"a görə Əfqanıstanın xarici banklardakı hesablarına qoyulan həbsləri və hərəkata tətbiq edilən sanksiyaları aradan qaldırması mümkündür.

Bir ehtimalı da qeyd etmək istərdik. "Taliban"la Rusiya arasında Şimali Koreya, Vyetnam, hətta İranla hərbi sahədə əməkdaşlıq, yardımlaşma haqqında imzalanmış müqavilələrə oxşar sənəd də imzalana bilər.

"Newsweek" Cənubi Koreya Müdafiə Analizi İnstitutunun (KIDA) hesabatına istinadən bildirib ki, Rusiya Ukraynadakı müharibədə iştirak edən Şimali Koreya hökumətinə ən azı 20 milyard dollar qazanc gətirib. Məlumata görə, 2023-cü ildə Şimali Koreyanın ÜDM-i təxminən 23 milyard dollar təşkil edib. Yəni Ukraynada müharibə Pxenyana bütün Şimali Koreya iqtisadiyyatının bir il ərzində yaratdığı qədər əlavə gəlir gətirib.

Bu baxımdan, Rusiyanın "Taliban"la analoji müqaviləsi Əfqanıstana da qazandıra bilər. Beləliklə, Əfqanıstanın Mərkəzi Asiyada daha ciddi layihələrdə iştirakı üçün yeni yol, fürsət açılır...

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see123

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see121

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri