Icma.az
close
up
RU
Moskva və Ankara arasında nə baş verir? Gərginliyin PƏRDƏARXASI

Moskva və Ankara arasında nə baş verir? Gərginliyin PƏRDƏARXASI

Icma.az, Bizim media saytına istinadən bildirir.

Rusiya ilə Türkiyə arasında son illərdə formalaşan mürəkkəb, lakin qarşılıqlı maraqlara əsaslanan münasibətlər Ukrayna müharibəsi fonunda yenidən gərginləşib. Moskvanın Ankaradan və Vaşinqtondan Ukraynaya silah tədarükü ilə bağlı izahat tələb etməsi, ardınca bunun Rusiya-Türkiyə münasibətlərinə “ciddi zərər” vura biləcəyi barədə xəbərdarlıq etməsi diqqətləri iki ölkə arasındakı münasibətlərin gələcəyinə yönəldib.
Məsələnin ən mürəkkəb tərəfi ondan ibarətdir ki, Türkiyə NATO üzvü kimi Ukraynaya dəstəyi ilə paralel Rusiya ilə dialoq kanallarını qoruyub və müharibə boyunca vasitəçi rolunu oynamaq üçün əlindən gələni edib.
Zaxarovanın mesajı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 15-də ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı izahat tələb edildiyini açıqlayıb. Onun sözlərinə görə, söhbət Türkiyənin inventarında olan ABŞ istehsalı silahların, o cümlədən ATACMS raketlərinin Ukraynaya ötürülməsi ehtimalından gedir.
Cəmi beş gün sonra, avqustun 20-də isə Zaxarova daha bir açıqlama verərək bildirib ki, Rusiya ABŞ-yə məxsus silahların Ukraynaya ötürülməsi ehtimalı ilə bağlı ABŞ və Türkiyədən cavab gözləyir.
 

Moskvanın reaksiyasındakı ən diqqətçəkən məqam isə xəbərdarlığın məhz Türkiyəyə də ünvanlanmasıdır. Zaxarova bildirib ki, belə tədarük yalnız döyüş meydanındakı itkiləri və dağıntıları artırmayacaq, həm də Moskvanın Ankara və Vaşinqtonla ikitərəfli münasibətlərinə “ciddi zərər” vura bilər.


Bu açıqlamanı dərhal münasibətlərin qırılması kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, Moskva hələlik diplomatik kanalların açıq saxlanmasını istəyir. “İzahat tələb edirik” ifadəsi də bunun göstəricisidir. Ancaq mesajın ikinci tərəfi kifayət qədər aydındır: Rusiya Türkiyənin Ukraynaya hərbi dəstəyinin müəyyən həddi keçməsini öz maraqları üçün ciddi problem hesab edir.
Söhbət hansı silahlardan gedir?
Qeyd edək ki, Türkiyədən silahların Ukraynaya ötürülməsi ilə bağlı ABŞ Konqresinin sənədləri dünya mətbuatında dərc olunub. Sözügedən sənədlərdə Türkiyənin Ukraynaya 70 ədəd M39 ATACMS raketinin ötürülməsi ilə bağlı plan müzakirə olunduğu bildirilir. Sənədlərdə həmçinin 12 M270 reaktiv yaylım atəş sistemi və müxtəlif növ sursatların transferindən bəhs edilir.
ATACMS-lərin Ukraynaya ötürülməsi Moskva üçün xüsusilə həssas məsələdir. Çünki bu sistemlər uzaqmənzilli zərbə imkanına malikdir. Digər tərəfdən, müzakirə olunan paketdə milyonlarla kiçik partlayıcı element daşıyan kaset tipli sursatların da olduğu bildirilir.
 

Lakin burada mühüm bir məqam var: ABŞ Konqresində dərc olunan sənəd transferin artıq həyata keçirildiyi anlamına gəlmir. Söhbət mümkün transferə dair rəsmi prosedurdan gedir və Konqresin prosesə müdaxilə etmək imkanları mövcuddur.


Rusiya-Türkiyə münasibətlərində qırılma, yoxsa diplomatik anlaşmazlıq?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi və hazırda Cənubi Qafqaz, NATO və regional təhlükəsizlik məsələləri üzrə fəaliyyət göstərən tanınmış hərbi-siyasi ekspert Yücel Karauz deyib ki, Mariya Zaxarovanın son dövrlərdə Türkiyə ilə bağlı səsləndirdiyi açıqlamalar, xüsusilə silah satışı və ya hərbi-texniki əməkdaşlıq kimi həssas məsələlər fonunda diplomatik gərginlik tonu daşıyır:
“Ona görə də bu cür açıqlamaları Türkiyə-Rusiya münasibətlərinin ümumi məcrasında düzgün dəyərləndirmək lazımdır. Sözügedən bəyanatlar Moskvanın öz regional maraqlarını qorumaq refleksinin və ya Qərbə ünvanladığı mesajların bir hissəsi olsa da, iki ölkə arasındakı münasibətlərin dərinliyini və praqmatik xarakterini əks etdirməkdən çox uzaqdır.
Türkiyə ilə Rusiya arasındakı əlaqələr enerji, ticarət, turizm və regional təhlükəsizlik kimi çoxqatlı və köklü təməllərə söykənir. Bu əməkdaşlıq forması bir məsələnin və ya müvəqqəti diplomatik anlaşılmazlığın tərəflər arasında "böyük miqyaslı" bir qırılmaya imkan verməyəcək qədər möhkəmdir. Ankara və Moskva ikili maraqları naminə bu cür gərginlikləri idarə etmək qabiliyyətinə malik olduqlarını keçmiş böhran dövrlərində də nümayiş etdiriblər”.
 

Müsahibimiz onu da əlavə edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri sərgilədiyi mövqe ilə təkcə regionun deyil, həm də qlobal diplomatiyanın əsas açar oyunçusuna çevrilib:


“Türkiyə NATO üzvü olmasına və ABŞ ilə Qərb blokunun güclü təzyiqləri ilə üzləşməsinə baxmayaraq, Rusiyanı birbaşa hədəf alan və ya ona strateji zərər vuracaq bir mövqe tutmayaraq müstəqil və balanslı xarici siyasət yürüdür.
Taxıl dəhlizi sazişi, əsir mübadilələri və tərəfləri sülh masasına dəvət edən vasitəçilik fəaliyyətləri Türkiyənin Rusiya üçün etibarlı bir körpü olduğunu sübut edib. Dünyanın qalan hissəsi Rusiyaya hava məkanını bağladığı halda, Türkiyənin bu imkanı açıq saxlaması Moskva üçün həyati əhəmiyyət daşıyan "nəfəs borusu" olub və iki ölkə arasında etimadı gücləndirən ən əyani addımlardan biri kimi tarixə düşüb.
Türkiyə-Rusiya münasibətlərini yalnız hərbi sistem satışı və ya Zaxrova kimi sözçülərin dilə gətirdiyi spesifik iddialar üzərindən qiymətləndirməyə çalışmaq, əlaqələrin genişmiqyaslı strateji reallığını gözdən qaçırmaq deməkdir. Türkiyənin sərgilədiyi bu konstruktiv mövqe və iki ölkə arasındakı çoxşaxəli tərəfdaşlıq hər hansı bir diplomatik gərginliyin böyük bir qırılmaya çevrilməsinin qarşısını alan ən güclü təminatdır”.
Türkiyə həm Qərbə, həm də Rusiyaya “yox” deyə bilər
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, politoloq Hasan Oktay isə Bizim.Media-nın sorğusuna cavab olaraq qeyd edib ki, Türkiyənin Qara dənizdə hərbi fəaliyyətlərə moratorium qoymaq və ya yeni tarazlıqlar yaratmaq səyləri Moskva tərəfindən yaxından izlənilir:
 

“Rusiya bu cür regional təşəbbüslərə dəyər verdiyini bildirsə də, ərazidəki təhlükəsizlik narahatlıqları və Ukraynanın hərəkətləri səbəbindən ehtiyatlı və məsafəli yanaşma nümayiş etdirir. Əslində, Rusiya bu açıqlamanı Türkiyənin bölgədəki gərginlikdə tərəf tutmaq əvəzinə vasitəçi rolunu davam etdirəcəyinə dair gözləntilərini vurğulamaq üçün verib.


Moskva strateji olaraq Türkiyənin Rusiya-Ukrayna münaqişəsində balanslı və müstəqil vasitəçilik rolunu qiymətləndirsə də, Ankara ilə Qərb arasında müdafiə əməkdaşlığı və ya silah transferi iddiaları ön plana çıxdıqda sərt xəbərdarlıqlar edə bilər. Zaxarovanın açıqlamaları göstərir ki, Rusiya bu prosesdə Türkiyənin ikitərəfli diplomatik trafikini diqqətlə araşdırır. Regional böhranlarla bağlı fikir ayrılıqlarına baxmayaraq, Rusiya enerji layihələri və regional məsləhətləşmələr səbəbindən Türkiyə ilə iqtisadi və siyasi dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verir.
 

Zaxarovanın açıqlamalarında tez-tez bu əməkdaşlığı qorumaq istəyi vurğulanır. Bu açıqlamalar iki ölkə arasında münasibətlərin əməkdaşlıq sahələrində konstruktiv şəkildə irəlilədiyini, eyni zamanda Ukrayna və Qara dəniz kimi həssas geosiyasi məsələlərdə intensiv danışıqlar və ehtiyatlı diplomatiya ilə xarakterizə olunduğunu göstərir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın NATO sammitindən əvvəl Moskvaya səfər etməsi əslində sammitdən sonra potensial böhranı qabaqlayan qabaqlayıcı tədbir idi.


Soyuq müharibə bitdi, yeni bir dövr başladı və bu yeni dövrdə həm NATO, həm də Rusiya Türkiyənin yeni konsepsiyasına alışmalıdır, çünki Türkiyə hər iki tərəflə münasibət qurmaq və lazım olduqda hər ikisinə “yox” deyə bilmək siyasəti yürüdür”.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Avqust 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri