Icma.az
close
up
RU
Moskva və Kiyevə hücum: Çoxsaylı ölü, yaralı, yanğın və dağıntı

Moskva və Kiyevə hücum: Çoxsaylı ölü, yaralı, yanğın və dağıntı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, Zaporojye Rusiya raketləri və hava bombaları ilə vurulub. Sənaye obyektlərinə və infrastruktura, qaraj kooperativinə, qeyri-yaşayış binalarına hücum nəticəsində ciddi dağıntılara yol açıb, yanğınlar baş verib və elektrik enerjisi kəsilib. Hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Hücumun miqyası geniş olduğundan ölən və yaralıların sayı artmaqdadır.

Rusiya Silahlı Qüvvələri eyni zamanda gecə saatlarında paytaxt Kiyevi də hədəf alıb. Nəticədə paytaxtın Şevçenkivski rayonunda anbarda yanğın baş verib və bir nəfər xəsarət alıb.
Ukrayna Silahlı Qüvvələri də öz növbəsində Rusiyaya qarşı genişmiqyaslı PUA hücumu həyata keçiib. 

Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, 10 avqust Moskva vaxtı ilə saat 20:30 ilə 11 avqust səhər 8:30 arasında Moskva bölgəsinə doğru 237 PUA hücum edib. O əlavə edib ki, dronların əksəriyyəti şəhər kənarında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Mer Moskvaya yaxınlaşarkən 13 dronun məhv edildiyini dəqiqləşdirib. Xəsarət alanlar və ya ziyan barədə məlumat yoxdur. 

Voronej vilayətinə PUA hücumu nəticəsində Wildberries şirkətinə məxsus iki anbarda yanğın baş verib, 49 yaşlı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin verdiyi xəbərə görə, 15 PUA zərərsizləşdirilib. 

Voronej yaxınlığındakı Wildberries şirkətinə məxsus anbarda baş verən yanğının miqyası təxminən dörd dəfə artıb.

Ukrayna PUA-ları sərhəddən təxminən 1000 kilometr məsafədə yerləşən Orenburq vilayətinin Orsk şəhərinə zərbə endirib və nəticədə yanğın baş verib. İtkilər barədə məlumat verlilmir.
Müdafiə Nazirliyi 11 avqust gecəsi Rusiya bölgələri üzərində 396 Ukrayna dronu vurulduğunu bildirib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Avqust 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri