Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş Şər arasında kritik danışıq
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin ilə Suriyanın Prezidenti Əhməd əş-Şər arasında telefon danışığı baş tutub.
Hurriyyet.media xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti rəsmi məlumat yayıb.
Telefon söhbəti zamanı iki ölkə lideri Rusiya və Suriya arasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş müzakirə ediblər.
Suriya ətrafında yaradılmış hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılarkən Vladimir Putin Rusiyanın bu ölkənin birliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstək verən prinsipial mövqeyini bir daha təsdiqləyib.
Tərəflər regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 26 Avqust 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















