Moskva və Tehran ABŞ nin TRIPP də iştirakı ilə bağlı narahatlıq ifadə etməyib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva və Tehran TRIPP layihəsində Amerika şirkətinin mümkün iştirakı ilə bağlı narahatlığını bildirməyib.
Missiya.Az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən “Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” adlı illik iki günlük beynəlxalq tədbirdə çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, Ermənistanda ABŞ-nin iştirakı ilə şirkətlər, eləcə də xarici kapitala (Argentina, Çin və s.) malik çoxsaylı şirkətlər fəaliyyət göstərir.
"TRİPP layihəsinin həyata keçilrilməsi üçün Amerika tərəfi ilə danışıqlar aparılır. Yolun tikintisi və gündəlik idarə olunması erməni-amerikan şirkəti tərəfindən həyata keçirilməlidir. Lakin bu, Amerikanın infrastruktur üzərində nəzarətini nəzərdə tutmur. Suverenlik və hakimiyyətlə bağlı bütün məsələlər həll edilib və imzalanaraq dərc olunmuş sənədlərdə öz əksini tapıb",- Mirzoyan qeyd edib.
İlahə Qənbərli
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















