Icma.az
close
up
RU
Moskva və Tehran əliboş geri dönür YEKUN BƏYANNAMƏ

Moskva və Tehran əliboş geri dönür YEKUN BƏYANNAMƏ

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Rusiya Ukraynaya qarşı işğalı müharibə aparır. Belə olan halda BRİCS üzvlərinin Rusiyanı dəstəkləmələri mümkün deyildi. İranı dəstəkləyən bəndin bəyannaməyə salınmasına isə digər üzv dövlət Birləşmiş Ərəb Əmirlikləri razılaşa bilməzdi. Çünki, Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox raket və dron zərbəsinə məruz qalan ölkədir. BRİCS-də qəribə vəziyyət yaranıb, qurumun bir üzvü (İran) digər üzvünün (Birləşmiş Ərəb Əmirlikləri) ərazisinə zərbələr endirib və bu proses yekunlaşmayıb. 

Buna baxmayaraq, BRİCS üzvləri digər məsələlərdə konsesusa nail olublar. Bəyannamədə BRICS ölkələri Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğuna inandıqları birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıqlarını ifadə ediblər. BRİCS üzvləri malların sabit axınını təmin etmək, qlobal təchizat zəncirlərini qorumaq və fasiləsiz enerji təchizatını təmin etmək üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Üzv ölkələr həmçinin qarşılıqlı ticarətdə milli valyutaların istifadəsinin genişləndirilməsi üzərində işləməyə davam etmək niyyətlərini bəyan ediblər. 

Bəyannamədə beynəlxalq təhlükəsizliyə həsr olunan bəndlər də yer alıb. BRİCS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını müdafiə ediblər. Bundan başqa bəyannamədə nüvə təhdidlərilə bağlı risklərlə bağlı narahatlıqlarını bildiriblər. Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dönəmində müxtəlif ölkələri nüvə silahıyla təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər. 

BRİCS üzvləri Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması məsələsində fikir birliyinə varıblar. Üzv dövlətlər bəyannamədə Yaxın Şərqdə uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və diplomatiya yolu ilə səyləri dəstəklədiklərini vurğulayıblar. Bu mənada BRİCS üzvləri İsrail-Fələstin qarşıdurmasının BMT bəyannamələri əsasında "iki dövlət üçün iki xalq" prinsipi ilə həllində tərəfdar olduqlarını bildiriblər. Bəyannamədə İsrailin siyasətinin qəbul olunmadığına dair bir neçə bənd var. Bu bəndlərin birində üzvlər Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş hər hansı birtərəfli tədbirləri rədd etdiklərini vurğulayıblar. İsrailin Qəzza zolağında humanitar yardımın təmin edilməsi ilə bağlı hüquqi öhdəliyi xatırladılıb. Bəyannamənnin Suriya ilə bağlı hissəsində də İsrailə işarə edilib: “Biz işğalçı qüvvələrin Suriyadan çıxarılması zərurətini bir daha təsdiqləyirik”. İsrailin hərbi qüvvələri Suriyanın cənubundakı əraziləri işğal edib və həmin əraziləri tərk etmək planları yoxdur. BRİCS üzvləri yekun bəyannamədə uzaq Kubanı da umutmayıblar. BRICS liderləri ABŞ-ın adını çəkmədən bu dövlətin Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsi və bunun ölkə iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətə mənfi təsiri ilə bağlı dərin narahatlıqlarını bildiriblər.

Yeni Dehlidə BRİCS + sammiti də keçirilib. Bu sammit Hİndistan üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki, Yeni Dehli BRİCS-in genişlənməsinin və bununla Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır. Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika, Asiya dövlətləriylə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRICS-in beynəlxalq düzəni əvəz etməsini istəmir. O, BRICS-in mövcud düzən daxilində Hindistanın danışıqlar gücünü artırmasını hədəfləyir. 

Buna baxmayaraq, Yeni Dehlidə keçirilən sammit də göstərdi ki, BRİCS üzvləri arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmayıb. BRİCS-in daha güclü olması üçün Rusiya-Ukrayna müharibəsi, o cümlədən İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Sentyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri