Icma.az
close
up
RU
Moskvada “Abdulla Şaiq uşaqların gözü ilə” adlı yaradıcılıq axşamı keçirilib

Moskvada “Abdulla Şaiq uşaqların gözü ilə” adlı yaradıcılıq axşamı keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva, 25 may, AZƏRTAC

Rusiya Dövlət Uşaq Kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının banilərindən birinin həyat və yaradıcılığına həsr olunmuş “Abdulla Şaiq uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbir Rusiya Dövlət Uşaq Kitabxanasında “Ölkələri kəşf edərək” silsiləsi çərçivəsində keçirilib və Azərbaycan Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycanın səfirliyi, XTNS-dəki “Azərbaycan” pavilyonu, Moskvanın şəhəri “Dostluq-Drujba” ictimai təşkilatı və Rusiya Dövlət Uşaq Kitabxanası olub.

Axşamın proqramına “Tıq-Tıq Xanım” nağılı əsasında hazırlanmış kukla tamaşası, “Tülkü həccə gedir” povestinin quruluşu haqqında məlumat, Abdulla Şaiq şeirlərinin ifası edilməsi və uşaqların hazırladıqları təqdimatlar daxil olub. Tamaşaçılara həmçinin rəssam Marta Abdullayevanın təbiət obrazlarını və ölkənin milli ruhunu əks etdirən “Mənim Azərbaycanım” adlı sərgisi də təqdim olunub.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin xanımı Nisə Mustafayeva çıxışında təşkilatçılara təşəkkürünü bildirərək, kitabxananın mədəniyyət körpülərinin yarandığı mənəvi məkan kimi əhəmiyyətini vurğulayıb. O, Abdulla Şaiqi uşaqlara, ana dilinə, ədəbiyyata, mədəniyyətə məhəbbətin təcəssümü kimi xarakterizə edib. N.Mustafayeva A.Şaiqin rus, fars və digər dillərə tərcümə edilmiş əsərlərinin mədəniyyətlərarası dialoqa və gənc nəslin tərbiyəsinə böyük töhfə verdiyini vurğulayıb.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova tədbirin əhəmiyyəti barədə fikirlərini bildirib. O, Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş bayram tədbirinin keçirilməsinə şərait yaratdığına görə kitabxana rəhbərliyinə minnətdarlığını bildirib, uşaqlarda doğma mədəniyyətə və ədəbiyyata marağın tərbiyə edilməsinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

XTNS-də “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova Abdulla Şaiqin yaradıcılığının yüksək mədəniyyət və humanizm nümunəsi olduğunu qeyd edib. O vurğulayıb ki, uşaqların belə müəlliflərin əsərləri ilə tanış olması gələcəyin açıq cəmiyyətinin əsasını formalaşdırır. S.Kadırova tədbirin təşkilatçılarına XTNS-dəki “Azərbaycan” pavilyonunun təşəkkürnamələrini təqdim edib.

Rusiya Dövlət Uşaq Kitabxanasının elm və təhsil fəaliyyəti üzrə direktor müavini Olqa Mezentseva xatırladıb ki, tədbir “Ölkələri kəşf edərək” silsiləsi çərçivəsində keçirilir, onun sayəsində uşaqlar müxtəlif xalqların mədəniyyətləri ilə tanış olurlar, Azərbaycan Günü isə bu layihənin parlaq səhifələrindən birinə çevrilib. Uşaqların özlərinin belə görüşlərdə iştirakı mədəniyyətlər arasında dostluq və qarşılıqlı anlaşma körpüləri qurmağa imkan verən əsas nəticədir.

İştirakçılar qarşısında jurnalist və publisist Emiliya Dementsova, Moskva şəhəri “Dostluq-Drujba” ictimai təşkilatının rəhbəri Ulduz Əsgərova, onun müavini Rəna İsmayılova və başqaları da çıxış ediblər.

Yaradıcılıq axşamı Abdulla Şaiqin əsərləri əsasında hazırlanmış musiqili-poetik nömrələr və səhnəciklərlə davam edib. Tədbir mədəni dialoqun parlaq nümunəsinə çevrilərək Azərbaycanın zəngin ədəbi irsinə marağın dərinləşməsinə töhfə verib. Görüşün sonunda Rusiya Dövlət Uşaq Kitabxanası təşkilatçılara və iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 05:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri