Icma.az
close
up
RU
Moskvada ard arda 3 sensasiya: Sifarişi Putin verib deyildi, ölkə qarışdı

Moskvada ard arda 3 sensasiya: Sifarişi Putin verib deyildi, ölkə qarışdı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlarda Rusiya Silahlı Qüvvələrinin generallarının ard-arda sui-qəsd nəticəsində qətlə yetirilməsi diqqət çəkir. Bu qətllər yalnız Rusiya ordusunun komanda zəncirinə deyil, həm də Prezident Vladimir Putinin nüfuzuna ciddi təhdid yaradır.

Analitiklər sözügedən hadisələri Rusiya xüsusi xidmət orqanlarının zəifləməsinin, kəşfiyyat və təhlükəsizlik sistemində mövcud olan boşluqların, eləcə də hərbi strukturların çöküşdə olmasının göstəricisi kimi qiymətləndirirlər.

Bu qətllər həqiqətən Ukrayna kəşfiyyatının əməliyyatı nəticəsidir? Yoxsa Moskva daxilindəki siyasi intriqalar və ya Putinin özü tərəfindən həyata keçirilən “təhlükəsizlik tədbirləri”dir?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, dekabrın 22-də Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi general-leytenant Fanil Sarvarovun avtomobilinə qoyulmuş bomba ilə öldürülməsi son bir ildə paytaxtda baş verən üçüncü belə hadisədir:

“Rusiya rəsmiləri bunu birbaşa Ukrayna kəşfiyyatının əməliyyatı kimi qiymətləndirir və terror aktı hesab edirlər. Müharibə başlayandan bəri Rusiya ordusu 20-dən çox general itirib. Cəbhədəki itkilərdən fərqli olaraq Moskvada baş verən sui-qəsdlər daha çox diqqət çəkir. Bu hücumlar adətən avtomobilə qoyulan bombalar və ya digər yüksək texnologiyalı üsullarla həyata keçirilir. Bütün bunların Qərb kəşfiyyatlarının dəstəyi ilə uzunmüddətli planlaşdırma nəticəsində reallaşdığı ehtimal olunur.

Eyni zamanda, bu ölümlərin bir qisminin Putin rejimindəki daxili “təmizləmələrlə” bağlı ola biləcəyi fikri də var. Çünki müharibə ərzində onlarla yüksək rütbəli zabit korrupsiya və ya döyüş meydanında uğursuzluq ittihamları ilə həbs olunub. Bəziləri isə şübhəli şəraitdə ölüb.


Mütəllim Rəhimli

Bu qətllər Rusiya ordusunun rəhbərliyində ciddi qorxu və qeyri-müəyyənlik yaradır. Nəticədə hərbi əməliyyatların effektivliyi aşağı düşür.

Moskvanın mərkəzində belə hücumların qarşısının alınmaması Federal Təhlükəsizlik Xidməti (FTX) və digər xüsusi xidmət orqanlarına da inamı sarsıdır.

Görünən odur ki, bu cür əməliyyatlar müharibəni Rusiya daxilinə daşıyır. Kremlin cavabı adətən daha sərt repressiyalar və xarici təhdid bəyanatları şəklində üzə çıxır. Bütün bunlar isə belə qəsdlərin qarşısını almaq üçün yetərli deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri