Icma.az
close
up
RU
Moskvada azərbaycanlıların bazarına basqın gözlənilir? Bu məsələdə həmrəylik lazımdır

Moskvada azərbaycanlıların bazarına basqın gözlənilir? Bu məsələdə həmrəylik lazımdır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskvanın ən böyük ticarət mərkəzlərindən olan “Fud Siti”yə (Food City) basqının gözlənilməsinə dair xəbərlər nonsensdir. Belə bir proses baş verərsə, bu, çox üzücü olar”.

Bu barədə Bakıvaxtı.az-a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, İran istisna olmaqla Rusiya ikinci dövlətdir ki, orada çoxsaylı və aktiv azərbaycanlılar yaşayır:

“Aktiv dedikdə iqtisadi dövriyyədə olan aktiv insanlardan söhbət gedir. Burada çoxşaxəli istiqamətdə fəaliyyət göstərirlər. Biznesdən tutmuş alimlik zirvəsinəcən ucalan soydaşlarımız, vətəndaşlarımız var. Bu baxımdan, sözügedən proses baş verərsə, ağrılı vəziyyət yarana bilər. Rusiyada ən çox fəaliyyətlərimizi bazar, alqı-satqı istiqamətində qurmuşuq. Bu, yalnız müstəqillik dövrü deyil, sovetlər dövründən gələn ənənəvi fəaliyyət növüdür ki, burada kifayət qədər azərbaycanlılarımız, hər zaman işləyiblər”.

Fuad İbrahimov: Bu problem bir neçə istiqamətdə bizə təsir göstərəcək

Müsahibimiz deyib ki, bu gün Rusiyadan ölkəmizə göndərilən vəsaitlər xüsusi yer tutur. Dediyinə görə, orada çalışan azərbaycanlılar ölkəmizdəki doğmalarına vəsaitlər göndərirlər:

“Bu məsələni və orada yaşayan 2 milyondan çox azərbaycanlını nəzərə alanda vəziyyət yaxşı görünmür. Oradakı vətəndaşlarımız, soydaşlarımız incidilib, ölkədən çıxarılarlarsa, bu qədər işsiz insanın vətənə geri dönməsi ağır mühit formalaşdıra bilər. Müəyyən bizneslər əldə çıxar. Eyni zamanda bu prosesin kənd təsərrüfatı məhsullarının ixracatına da neqativ təsiri olacaq. Bu problem bir neçə istiqamətdə bizə təsir göstərəcək. Düzdür, dünyanın axırı deyil, hər bir halda arzuolunmaz vəziyyətdir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu məsələdə həmrəylik nümayiş etdirməliyik:

“Xarici siyasətdəki rıçaqlardan istifadə edərək, vəziyyətin siyasi həllinə çalışmaq lazımdır. Çünki bu proses iqtisadiyyatımıza ağırlıq gətirə biləcək fəsadlar verə bilər”.  

Qeyd edək ki, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Fud Siti”yə (Food City) basqın gözlənilir. Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gununsesi.info bazarda çalışan şəxsə istinadən məlumat yayıb. Mənbə bildirib ki, onlara bu barədə bazarın rəhbərliyi tərəfindən xəbərdarlıq edilib. Xəbərdarlıqda bilirilir ki, sənədləri qaydasında olmayan şəxslər bir müddət bazara daxil olmasın.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri