Moskvada Dom 2 ulduzunun faciəli ölümü: 50 dən çox bıçaq yarası
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada populyar "Dom-2" televiziya layihəsinin tanınmış siması, 33 yaşlı Dmitri Lukinin cəsədi paytaxt Moskvadakı mənzilində aşkarlanıb.
Bu barədə Oxu.Az Rusiya mediasına istinadən məlumat verir.
Hadisə yerinə gələn ekspertlər Dmitri Lukinin bədənində 50-dən çox bıçaq xəsarəti qeydə alıblar. Bu dəhşətli cinayətin səbəbi hələlik məlum deyil.
İstintaq orqanları ilkin olaraq Dmitri Lukinin şəxsi münaqişə zəminində tanışı tərəfindən qətlə yetirildiyi versiyası üzərində dayanır. Cinayətdə şübhəli bilinən həmin şəxs fiziki xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda müstəntiqlər şübhəlini dindirmək üçün həkimlərdən icazə gözləyirlər.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq davam etdirilir.
Dmitri Lukin "Dom-2"də tanındıqdan sonra digər layihələrdə iştirak edərək televiziya karyerasını davam etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Aprel 2025 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















