Moskvada generalın qətlindən sonra yenidən partlayış oldu İki yol polis öldü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın paytaxtı Moskvada partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində iki Yol Patrul Xidməti (DPS) əməkdaşı ölüb, daha iki nəfər ağır yaralanıb.
Məlumata görə, partlayış Moskvanın cənubunda yerləşən Yeletskaya küçəsində qeydə alınıb. Yerli sakinlər hadisə zamanı ən azı iki güclü səs eşitdiklərini bildiriblər. Partlayışdan sonra ərazidə yanğın və güclü tüstü müşahidə olunub.
İlkin məlumatlara əsasən, naməlum şəxs avtomobilin salonuna paket atıb və həmin paket sonradan partlayıb. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır. Kriminalistlər və Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin əməkdaşları hadisə yerində işləyir, tibbi və partlayış-texniki ekspertizaların təyin ediləcəyi bildirilib.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıldığını açıqlayıb. Hazırda ərazi xidməti itlərlə yoxlanılır, əlavə partlayıcı qurğuların olub-olmaması araşdırılır.
Qeyd edək ki, bu hadisə general-leytenant Fanil Sarvarovun öldürülməsindən bir gün sonra baş verib. Sarvarov dekabrın 22-də Moskvanın Yasenovaya küçəsində avtomobilinin altına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuşdu. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi vəzifəsində çalışırdı. Rəsmi şəxslər Sarvarovun qətlinin motivləri üzərində araşdırmaların davam etdiyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Dekabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















