Icma.az
close
up
RU
Moskvada kritik 10 dəqiqə: Eyyubov Qriqoryana nələr dedi?

Moskvada kritik 10 dəqiqə: Eyyubov Qriqoryana nələr dedi?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Moskvada Ermənistan Baş nazirinin müavini Mqer Qriqoriyanla görüşü diqqət çəkib. Görüş Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 104-cü iclası çərçivəsində baş tutub.

Baş nazir müavinləri iclas bitdikdən sonra 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər. Həmin anlar ictimaiyyətdə və siyasi dairələrdə maraqla qarşılanıb. İki ölkə rəsmilərinin bir araya gələrək qısamüddətli də olsa müzakirə aparması, sülh prosesinin davamlılığı baxımından müsbət dəyərləndirilib.

Bu görüşün sülh prosesinə necə təsiri ola bilər? Eyyubov və Qriqoryan 10 dəqiqədə nələri müzakirə ediblər?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, yekun sülh müqaviləsindən bəhs etmək indiki məqam üçün tezdir:

“Çünki hələ də tərəflər arasında razılaşdırılmamış bir neçə məqam var. Həmçinin biz zaman-zaman Ermənistanın Baş naziri Nikol Paşinyandan qeyri-adekvat açıqlamalar eşidirik. Bu isə bəzən iki ölkə arasında yaxınlaşmanı ləngidir, sülhə gedən yolu uzadır. Geniş müzakirələrə, ikitərəfli görüşlərin intensivləşməsinə ehtiyac var”.


Elvin Baxşalızadə

Ekspertin sözlərinə görə, hər şeyə rəğmən Eyyubov və Qriqoryan arasındakı görüşü müsbət dəyərləndirmək olar.

“İki ölkə rəsmiləri MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində bir araya gəliblər. Görüşün detalları haqda mediaya ətraflı məlumat verilməsə də, fikrimcə, əsas müzakirə mövzuları sırasında nəqliyyat kommunikasiyalarının bərpa olunması və delimitasiya məsələləri olub. Çünki bu iki məsələ sülhə gedən yolda əsas kilid detallardan hesab olunur. İki ölkə rəsmiləri arasında bu və digər formatlarda görüşlər davam etməlidir. Məqsəd sülhdürsə, görüşlərin davamlılığı və qarşılıqlı anlayış vacib şərtlərdən hesab olunur”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri