Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclasları keçiriləcək
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) baş nazirlərinin iclasları dekabrın 12-13-də Moskvada keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"2024-cü il dekabrın 12-13-də Moskvada Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edəcək", - məlumatda qeyd olunur.
MDB baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.
"Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Energetika, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək", - Rusiya hökumətindən bildirilib.
Xatırladaq ki, Aİİ-ə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Onlar eyni zamanda MDB-nin üzvləridir. MDB-nin tərkibində hazırda doqquz ölkə var - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Dekabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















