Moskvada məktəbli metro qatarını pnevmatik tapança ilə gülləyə tutdu VİDEO
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına depoda iki vaqonun şüşələrinin sındırılması barədə məlumat daxil olub.
"Hadisə yerinin yaxınlığında polislər ümumtəhsil məktəbinin 7-ci sinif şagirdini saxlayıblar. Yeniyetmə etiraf edib ki, dostları ilə birlikdə pnevmatik silahdan elektrik qatarı istiqamətində bir neçə güllə atıb və nəticədə vaqonların pəncərələri zədələnib", - deyə İ.Volk "Max" sosial şəbəkəsində yazıb.
Nazirlik rəsmisi əlavə edib ki, məktəbli polis şöbəsinə aparılıb və orada qanuni nümayəndəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb. Həmçinin məlum olub ki, o, bir neçə gün əvvəl marşrut avtobusunun gövdəsindən yapışaraq 12-ci Parkovaya küçəsindən Nijnyaya Pervomayskayaya qədər getdiyi üçün artıq polisin diqqətini cəlb edibmiş.
"Yeniyetmənin atası barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozma haqqında iki protokol tərtib edilib", - deyə qurum nümayəndəsi bildirib.
Şagird Rusiya DİN-in Şərqi İzmaylovo rayonu üzrə şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə bölməsində profilaktik uçota alınıb.
https://t.me/xeberleroxu/158669
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Aprel 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















