Moskvada miqrantlara QR kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya paytaxtında miqrantlar üzərində arayış şəklində yeni nəzarət tədbiri həyata keçiriləcək. Sənəddə bütün lazımi məlumatlar olacaq: tam adı, doğum tarixi, cinsi, vətəndaşlığı, imza nümunəsi, patentin nömrəsi və etibarlılıq müddəti.
Şəxsiyyət vəsiqəsi elektron çip və QR kodu olan plastik kartdır. Vəsiqədə QR kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa kömək edəcək. Sənəd cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.
Qeyd edək ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Moskvada miqrantlara QR kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək
30 Noyabr 2024 07:22
Baxış sayı:72
Bu xəbər 29 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları