Icma.az
close
up
RU
Moskvada öldürülən Sərkisyanla bağlı sensasion faktlar

Moskvada öldürülən Sərkisyanla bağlı sensasion faktlar

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Moskvada yaşayış kompleksində baş verən partlayışda öldürülən Armen Qorlovski kimi tanınan Armen Sərkisyan haqda məlumatlar yayılıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Ukraynada satqın kimi tanınan Sərkisyan haqda sensasion məlumatları elə bu ölkənin mətbuatı yayıb.

Bildirilir ki, Armen Sərkisyan Donetskdə Ukraynaya qarşı döyüşmək üçün məhbuslar cəlb edib. Vurğulanır ki, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərinin qondarma nəzarətçisi işğalçı hakimiyyətə məhbuslar arasından qanunsuz silahlı birləşmələr yaratmağa kömək edib.

44 yaşlı Armen Sərkisyan 2014-cü ildən Maydan fəallarına işgəncə verməkdə şübhəli bilinərək axtarışa verilib. İstintaqın məlumatına görə, o, 2014-cü il fevralın 17-də keçmiş daxili işlər naziri Vitali Zaxarçenko və onun biznes tərəfdaşlarının maraqlarından çıxış edərək, Yuri Krisinə hökumət məhəlləsində "ictimai asayişi qorumaq" üçün 200-300 nəfər tapmağı tapşırıb ki, bu da jurnalist Vyaçeslav Vereminin qətlinə səbəb olub.

Yuri Krisinin sözlərinə görə, o, daha sonra “hökumət məhəlləsini qoruduğuna görə” Armen Sərkisyandan 20 min dollar alıb. Krisin 1000 qrivnanı əlaltılarına verib, qalanını isə özünə saxlayıb. Ukrayna məhkəməsi Yuri Krisini 5 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra o, Rusiya Federasiyasında gizlənən Yanukoviç dövrünün iş adamı Aleksey Çebotaryevin sifarişi ilə Maydan fəallarına işgəncələrin təşkilində şübhəli bilinərək ikinci hökmü alıb. Ümumilikdə Krisin 2026-cı ilə qədər həbsdə olacaq.

2019-cu ilin yayında Yuri Krisin ifadəsini dəyişməyə və Armen Sarkisyanın adının oradan çıxarılmasına çalışaraq, guya maliyyə münaqişəsinə görə ona böhtan atdığını vurğulayıb. Bu, kassasiya şikayətinə baxılan ərəfədə baş verib.

Yanukoviçin dövründə Sərkisyan “Regionlar Partiyası”ndan olan keçmiş deputat Yuri İvanyuşşenkoya (Yura Yenakievski) yaxın olan “Armen Qorlovski” ləqəbli nüfuzlu kriminal başçı olub. Sarkisyanı işğal altındakı Qorlovkada bütün biznesin kölgə nəzarətçisi də adlandırırlar. Orada onun öz kafeləri var və boks klublarının açılışını təşkil edir. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, o, Ukraynanın işğal olunmuş ərazilərində talan biznesi ilə məşğul olub.

2018-ci ildə Ukrayna hüquq-mühafizə orqanları Sarkisyanın guya Fransada saxlanıldığını bildirsələr də, sonradan onun eyni şəxs olmadığını bəyan ediblər. Şübhəli şəxs özü Rusiyada olduğunu qeyd edərək, həbslə bağlı məlumatı təkzib edib.

KİV-də Armen Sarkisyanın Çeçenistan rəhbəri Ramzan Kadırovun sağ əli, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovla fotosu da dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri