Icma.az
close
up
RU
Moskvada partlayış: Ukrayna ARbat ın komandiri Armen Sərkisyanı evinin içində ovladı

Moskvada partlayış: Ukrayna ARbat ın komandiri Armen Sərkisyanı evinin içində ovladı

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

2024-cü ilin avqustunda ermənilərin “Arbat” (“Armyanskiy batalyon”) batalyonunun Rusiya tərəfdən Ukraynaya qarşı  yenidən döyüşə qatıldığı ilə bağlı xəbər vermişdik.
Adalet.az
xəbər verir ki, Moskvada, “Aviatsonnaya” küçəsində yerləşən "Qızıl yelkən" (Алые паруса) yaşayış kompleksinin 29 mərtəbəli binasının foyesində naməlum qurğu partlaması nəticəsində erməni “Arbat” batalyonunun qurucusu Armen Sərkisyan ölüb.
Məlumatı nüfuzlu News.ru saytı təsdiqləyib.
Moskva İstintaq Komitəsinin müstəntiq və kriminalistləri hadisə yerinə baxış keçiriblər. Prokurorluq cinayət işinin istintaqını nəzarətə götürüb.

Xatırladaq ki, "Arbat” batalyonu erməni muzdlularından təşkil olunaraq, Ukraynaya qarşı döyüşə 2022-ci ildə  cəlb olunub.
2023-cü ilin iyulunda ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yaydı ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir. O vaxt Moskvadakı erməni katedralındə keçirilən yolasalma mərasimində iştirak edən "Arbat" könüllü batalyonunun fotoları yayıldı. Hətta Katalikosun nümayəndələrinin artıq yeni yaradılmış “Arbat” batalyonuna xeyir duası da fotolardan aydın oldu. Erməni muzdluları ilə bağlı məlumatlarda deyilir ki, bu tam bir ordu batalyonu olacaq və onun tərkibində 450 nəfərə qədər erməni vuruşacaq. Əlbəttəki Ermənistan hakimiyyəti və dövlət orqanları bundan xəbərsiz qala bilməzdi.
Haşiyədən çıxaraq , maraqlı bir nüansı diqqətinizə çatdırırıq. Deməli, erməni əsilli "Arbat" könüllü batalyonu dünya ermənilərinin onları Qafqaza yerləşdirən, onlara güc və cəsarət verən, dövlət quran Rusiyaya sadiqliyi və bu müharibədə Rusiyadan qazanacağı mənfəətdir. Ümumiyyətlə, dünya ermənilərinin Rusiya-Ukrayna müharibəsinə tipik baxışlarıdır.
Bildiyiniz kimi, dünyanın ən güclü diasporalarından biri olan erməni diaspor təşkilatları ABŞ-da yerləşir. Bunların maliyyələşməsinə həmin ölkənin erməni diasporu da yardım edir, dəstək verir. ABŞ nədənsə bu məsələdə susur və Ermənistandan izahatlar tələb etmir...Əksinə əlaqələri daha da genişləndirir.
Onu da xatırladaq ki, hələ 2022-ci ildə Ukrayna- Rusiya yenicə başlayan dönəmdə “Vahid Ermənistan” partiyasının lideri, “Erməni Qartalları” könüllü dəstəsinin komandiri, erməni polkovnik Xaçik Asryan öz sosial şəbəkə hesabında erməni xislətinə uyğun bir paylaşım etdi.O, “44 günlük müharibə”də Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yaydı.

Hətta Xaçik Asryan artıq bu müraciəti ilə bağlı hazırlıqlara başladığını bəyan etdi. Dəstə başçısı müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim etdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular, rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” Rusiya Prezidenti Vladimir Putinə müraciətdə birbaşa Donbasa getmək üçün izn istədilər. Bu müraciətdən sonra anlamaq çətin deyil ki, Ukraynada döyüşmək üçün uzaq Suriyadan döyüşçü dilənib gətirən Putin ermənilərin “arzusu”nu dərhal reaksiya verəcək, onları ordusuna qəbul edəcək, döyüşə göndərəcək. Yanılmadıq!
Bəli, 2023-cü  ilin iyulunda erməni və rus mediası “Arbat”ın “boyunu “ nə qədər çox sevsələrdə , Ukraynalı hərbçilər elə döyüşə qatıldıqları ay Donetsk istiqamətində onları məhv etdi. Bu acını zəiflətmək üçün , erməniləri yenidən səfərbər edib Ukrayna torpaqlarına göndərmək üçün Rusiya prezidenti Vladimir Putin siyasi bir gediş etdi.
“Arbat”ın komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyanı yeni il öncəsi “İgidliyə görə” medalı ilə təltif etdi. Mükafatı Putin dekabrda Rostovda olarkən təqdim etdi. Bu isə artıq yaltaq və ikiüzlü erməni üçün bir həvəslənmə oldu.


Qasparyan ikinci dəfə “Arbat”ı yıxıldığı yerdən qaldıraraq başqa erməniləri də dəstəyə cəlb edə bildi. Odur ki, Arbat yenidən döyüşə girdi. Beləki, 2024-cü  ilin 24 aprelində (?)" Arbat" batalyonu video ilə çıxış edərək bildirdi ki, Arbat hücum dəstəsinin və Rusiya Silahlı Qüvvələrinin 15-ci hücum briqadasının əsgərləri Novobaxmutovka kəndini azad (?)ediblər.

Əslində bu açıqlamadan sonra "Arbat" sahibsiz qalmalı idi və Ukrayna bunu bacardı.

 Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Fevral 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri