Moskvada qadın metroda uşağın üzünə bibər qazı püskürdüb VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Rusiyanın paytaxtı Moskvada metro stansiyalarından birində baş verən münaqişə zamanı qadın bibər qazından istifadə edib. Hadisə nəticəsində altı yaşlı uşaq xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə Moskva Şəhər Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Kaşirskaya" metro stansiyasında sərnişinlər arasında mübahisə yaranıb. Münaqişə zamanı 2007-ci il təvəllüdlü qadın qarşı tərəfə bibər qazı püskürdüb, daha sonra isə hadisə yerindən uzaqlaşıb.
Bildirilib ki, mübahisə iştirakçılarından birinin yanında olan altı yaşlı uşaq da bibər qazının təsirinə məruz qalıb. Uşaq göz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Musa Cəlil küçəsində saxlayıblar. Toplanmış materiallar prosessual qərarın qəbul edilməsi üçün istintaq orqanlarına təqdim olunub.
Baxış sayı:169
Bu xəbər 01 Avqust 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















