Icma.az
close
up
RU
Moskvada qapalı görüşdə Azərbaycan müzakirəsi? Putin Szinpin danışıqları haqda sensasion iddia

Moskvada qapalı görüşdə Azərbaycan müzakirəsi? Putin Szinpin danışıqları haqda sensasion iddia

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Partiyasının sədri Si Szinpin arasında Kremldə keçirilən danışıqlar başa çatıb. Putin-Szinpin danışıqları 7 saatdan çox çəkib.

Bu görüş nəyə hesablanıb? Danışıqların əsas mövzuları hansılardır?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Çin lideri Si Szinpin arasında keçirilmiş 7 saatlıq görüşün bir hissəsi rəsmi formatda baş tutsa da, digər yarısı dar çərçivədə, tam qapalı şəkildə keçirilib:

“Hər iki liderin mətbuat üçün verdiyi bəyanatlarda qapalı görüşlə bağlı heç bir detallı məlumat verilməyib. Bu isə əsas müzakirələrin yeni dünya düzəninə keçid, Ukrayna müharibəsi və bu vəziyyətdə Çinin göstərəcəyi mövqe kimi həssas mövzular ətrafında aparıldığını göstərir.

Görüşün uzun çəkməsi, ehtimal ki, Çinin Rusiya ilə tam uyğun olmayan mövqeyindən irəli gəlir. Çin heç vaxt Rusiyanın tam şəkildə çökdürülməsini istəməyib, çünki bu haldan sonra növbəti hədəfin özü ola biləcəyini anlayır. Eyni zamanda, Rusiyanın daha da güclənməsini də istəmir, çünki bu zaman hazırda əldə etdiyi iqtisadi və siyasi faydaları itirə bilər. Bundan əlavə, Çin Qərb və ABŞ-ın tətbiq edə biləcəyi sanksiyalarla üzləşmək istəmir və bu səbəbdən də Ukrayna müharibəsində Rusiyanı açıq və birtərəfli şəkildə dəstəkləməyib. Hətta münaqişə dövründə bəzi sahələr üzrə Ukrayna ilə əməkdaşlıq etməyi də təklif edib.

Elşən Mustafayev

Düşünürəm ki, qapalı görüşdə əsas diqqət Çinin vəziyyətin kəskin dəyişməsi halında hansı mövqe tutacağına yönəlib. Lakin görüşdən heç bir məlumat sızdırılmadığı üçün konkret olaraq hansı məsələlərdə razılıq əldə olunduğunu demək çətindir. Bununla belə, əminliklə demək olar ki, Rusiya Qərb və ABŞ-la qarşıdurmasında maksimum şəkildə Çinin dəstəyini qazanmağa çalışır, Çin isə öz maraqlarına zərər verə biləcək heç bir razılaşmaya razılıq verməyəcək”.

Globalinfo.az xatırladır ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vladimir Putinlə münasibətləri istiləşdirib. Bu yaxınlaşma Ukraynanın əleyhinə bir proses başladıb. Əksər ekspertlər iddia edirlər ki, Vaşinqtonun Moskvaya ilə yaxınlaşmasında əsas məqsəd Rusiyanı Çinin təsir dairəsindən uzaqlaşdırmaqdır.

Rusiyanın son aylar Azərbaycana qarşı tutduğu məlum mövqe Çini narahat edə bilər. Prezident İlham Əliyevin Moskvada keçirilən 9 may qələbə paradında iştirak etməməsi, bunun Rusiyanın rəsmi dairələrinin Azərbaycana qarşı tutduğu arzuolunmaz mövqe ilə əsaslandırılması da Putin-Szinpin danışıqlarının 7 saatdan çox çəkməsinə səbəb ola bilər. Xatırladaq ki, aprel ayında İlham Əliyev Pekinə 2 günlük səfərə getmişdi. Çin rəhbəri ilə iki tərəfli görüşlər keçirildi, danışıqlar aparıldı. Çin üçün Azərbaycanın önəmli ölkə olduğu məlumdur. Orta Dəhliz layihəsində Azərbaycanın açar məntəqə kimi dəyərləndirilməsi bu önəmin mahiyyətində dayanan əsas amildir. Mümkündür ki, Çin Xalq Partiyasının sədri Si Szinpin rusiyalı həmkarı ilə danışıqlarda bu məsələnin üzərində daha çox dayansın.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri