Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Moskvaya dron hücumu zamanı “Sadovod” bazarı zərər görüb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları “Sadovod” ticarət mərkəzinin birinci sırasının damına düşüb.
Nəticədə yanğın baş verib. Qısa müddətdə yanğın söndürülüb.
Ticarət mərkəzində çalışan azərbaycanlı sahibkarlar APA-ya açıqlamasında mağazaların müvəqqəti bağlandığını, səhər saat 10-dan sonra onların ticarət mərkəzinə buraxıldıqlarını söyləyiblər.
Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı zavodu və “Sadovod” bazarı yaxın məsafədə yerləşirlər. Neft emalı zavodunu hədəf alan dronların qalığının ticarət mərkəzinə düşdüyü bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















