MOSKVADA ŞOK OLAY: General maşınında partladıldı FOTO
Icma.az bildirir, Mia.az portalına istinadən.
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixa şəhərində məşhur general avtomobildə partladılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik uzaqdan idarə olunan bomba ilə həyatını itirib.
Məlumata görə, gözlərin çevrildiyi Ukrayna cəbhəsindən ilk şərh daxili işlər nazirinin keçmiş müavini Anton Geraşenkodan gəlib: “Məlumat hələ ki, təsdiqini tapmayıb. Lakin Rusiya Telegram kanalları Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat İdarəsinin rəis müavini general-mayor Yaroslav Moskalikin Moskva vilayətində maşınında partladıldığı barədə məlumat yayıblar”.
Əl-Cəzirə Rusiyanın paytaxtı Moskvada baş verən partlayışı son dəqiqə xəbər kodu ilə oxucularına açıqlayıb.
Reuters isə bildirib ki, ölənin şəxsiyyəti hələlik təsdiqlənməyib.
Yerli mətbuat isə park edilmiş avtomobilə yerləşdirilən bombanın uzaqdan işə salındığını yazıb.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Aprel 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















