Moskvada terrorun qarşısı alındı
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyatı tərəfindən Moskva bölgəsində planlaşdırılan terror əməliyyatının qarşısının alındığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, 1989-cu il təvəllüdlü Rusiya və Ukrayna vətəndaşı olan şəxs həbs olunub.
Adı açıqlanmayan şəxsin Ukrayna kəşfiyyatına işlədiyi və Moskva bölgəsində Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə qarşı terror əməliyyatı törətməyi planlaşdırdığı deyilir.
Məlumatda qeyd olunub ki, həbs edilən şəxs partlayıcı qurğu hazırlayıb:
“60 kiloqram partlayıcı ilə təchiz edilmiş avtomobilin partladılması nəzərdə tutulurdu”.Həmçinin, həbs olunan şəxsin öz günahını etiraf etdiyi vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:117
Bu xəbər 12 Avqust 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















