Moskvada uçuşlar pilotsuz təyyarələrin hücumuna görə dayandırılıb
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynanın Moskvanı hədəf alan ardıcıl ikinci pilotsuz təyyarə zərbələri Rusiyanı hava limanlarını bağlamağa məcbur edib. Moskvanın dörd hava limanında uçuşlar dayandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin Ukraynanın Moskvaya pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
Onun sözlərinə görə, ən azı altı PUA Moskvaya yaxınlaşarkən məhv edilib. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi də Moskvada çoxlu sayda uçuşun dayandırıldığını açıqlayıb.
Moskvanın 4 hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşların dayandırıldığı bildirilib.
Çərşənbə axşamı Rusiya Moskvaya yaxınlaşan dörd pilotsuz təyyarəni məhv etdiyini açıqlayıb.
Qadir, Bizimyol.info

Moskvada vurulan pilotsuz təyyarələrin sayı AÇIQLANDI
22 May 2025 00:48
Moskvada uçuşlar bərpa edildi
10 Noyabr 2024 13:11
Moskvada təyyarələrin uçuşuna məhdudiyyət qoyulub
21 May 2025 16:18
Rostov vilayəti pilotsuz təyyarələrin hücumuna məruz qalıb
29 Dekabr 2024 18:52
Moskvada ilk pilotsuz tramvay istifadəyə verilir
23 Fevral 2025 17:01

