Moskvadakı paradda hərbi texnika olmayacaq
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunan parad hərbi texnikanın iştirakı olmadan keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik səbəb olaraq cari vəziyyəti göstərib.
Paradda həmçinin Suvorov hərbi və Naximov məktəblərinin, kadet korpuslarının şagirdlərinin iştirak etməyəcəyi bildirilir.
Əvəzində yayım zamanı Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlarda iştirak edən, döyüş növbəsi və döyüş xidməti daşıyan bütün qoşun növlərinin hərbi qulluqçularının fəaliyyəti nümayiş olunacaq. Onlar sırasında Strateji Təyinatlı Raket Qoşunlarının, Hərbi-Kosmik Qüvvələrin idarəetmə məntəqələrindəki, eləcə də Hərbi-Dəniz Donanmasının gəmilərindəki heyətləri var.
Paradın aviasiya hissəsi isə baş tutacaq. Belə ki, Qələbə paradı zamanı Qırmızı Meydanın üzərindən Rusiyanın aviasiya qruplarının təyyarələri uçacaq.
“Paradın sonunda “Su-25” hücum təyyarələrinin pilotları Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayacaq”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Aprel 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















