Moskvadan Ankaraya: Vasitəçilik etmək istəyirsənsə...
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna ilə bağlı vasitəçilik etmək istəyənlər hər iki ölkəyə qarşı bərabər məsafədə olmalıdır.
Axar.az xəbər verir ki, bunu yanvarın 27-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşündə deyib.
Görüşdə Ukrayna ətrafında vəziyyət ətraflı müzakirə olunub.
Ankaraya bildirilib ki, Ukrayna böhranının həllində vasitəçi olmaq istəyən ölkələr bərabər məsafə prinsipinə əməl etməli, münaqişə tərəflərindən biri ilə birləşməməlidir.
Bundan əlavə, Rusiya tərəfi real sülh təşəbbüslərinə və əməkdaşlıq təkliflərinə açıq olduğunu bildirib.
Qaluzinlə Bilgiz Cənubi Qazfqazdakı prosesləri də müzakirə edib.
Qeyd edək ki, yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, müvafiq şərtlər yaranarsa, Ankara Ukrayna böhranının həllində vasitəçi kimi çıxış etməyə hazırdır.
Baxış sayı:113
Bu xəbər 27 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















