Icma.az
close
up
RU
Moskvadan Bakı və İrəvana təklif

Moskvadan Bakı və İrəvana təklif

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, Bunu Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşma prosesinin asanlaşdırılması ilə bağlı sualı cavablandırarkən belə deyib.
Onun sözlərinə görə, 3+3 regional əməkdaşlıq platformasında Ermənistan-Rusiya münasibətlərin normallaşması və Cənubi Qafqaza aid olan digər məsələlərin müzakirəsi aparıla bilər.
“Rusiya Bakı və İrəvanın bu platformaya daxil olan ölkələrin xarici işlər nazirlikləri rəhbərlərinin növbəti görüşünün yeri və vaxtı barədə razılığa gəlmək üçün hərəkətə keçməsini gözləyir. Bu müstəvidə Moskva bütün məsələlər üzrə tərəfdaşlara yardım göstərməyə hazırdır”, - rusiyalı diplomat bildirib.
Zaxarova həmçinin qeyd edib ki, Rusiyanın prioriteti Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, Bakı ilə İrəvan arasında davamlı barışıqdır. Onun fikrincə, Moskvanın dövlətlərarası münasibətlərin normallaşması prosesinə verdiyi töhfəni qiymətləndirmək çətindir.
Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsinin Rusiyanın və şəxsən prezident Vladimir Putinin fəal dəstəyi sayəsində başladığına diqqət çəkib.
- Bizim iştirakımızla 2020-2022-ci illərdə qan tökülməsini dayandıran və sülh prosesinin əsas istiqamətlərini müəyyən edən ən yüksək səviyyədə ikitərəfli razılaşmalar əldə olundu. Bir sıra tədbirlər razılaşdırıldı: sülh müqaviləsinin işlənib-hazırlanması, nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti vasitəsilə dialoqun inkişafı”, - rusiyalı diplomat vurğulayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsinin iddiasına görə, bu məqamlar indi də aktualdır və hazırda Azərbaycan və Ermənistan tərəfindən istifadə edilir.
Maraqlıdır ki, Mariya Zaxarova məhz Rusiyanın toxunulan məsələrlə bağlı üçtərəfli bəyannamələrdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsinə heç də həvəs göstərməməsi bir sıra anlaşılmazlıqlara səbəb olub.
Bu baxımdan, Azərbaycan ərazisindəki erməni silahlı qüvvələrinin çıxarılması və Zəngəzur Dəhlizinin açılması ilə bağlı Moskvanın astagəlliyi və hətta bu prosesləri açıq-aşkar süründürməsi bir çox pərdəarxası müəmmalardan xəbər verir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see267

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see263

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see262

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see254

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see252

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see248

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see240

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see235

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see230

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see223

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see222

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see220

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see215

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see205

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see205

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see204

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see197

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see183

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri