Moskvadan Bakıya qarşı hansı təxribat gözlənilir? Türkiyəli ekspertdən ilginc PROQNOZ
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
2025-ci il dekabrın 25-də AZAL təyyarəsinin hərbi müdaxilə səbəbindən Aktau şəhərində qəzaya uğraması regionda yeni mənzərənin əsasını qoydu. Bu dövr ərzində Rusiyaya qarşı tutduğu mövqe Azərbaycan dövlətinin gücünü, iradəsini, prinsipiallığını tam mənası ilə ortaya qoydu. Son proseslər fonunda yaranan gərginlik münasibətlərin gələcəyi ilə bağlı bəzi narahatlıqları yenidən gündəmə gətirib.
Moskva Bakıya qarşı hər hansı təxribatçı addım ata bilərmi?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, Rusiya Ukrayna ilə müharibə vəziyyətində olduğu üçün Azərbaycanla birbaşa qarşıdurmaya cəsarət edə bilməz:
“Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcəkdə yaxşılaşması ehtimalı var. Rusiyanın gücü artıq Ukraynadakı müharibəyə görə xeyli zəifləyib. Ermənistan-Azərbaycan müharibəsindəki qələbəsindən sonra Azərbaycanın gücünü Rusiya və digər qonşu ölkələr də görüblər.
İsmail Cingöz
Rusiya əvvəlcə azərbaycanlı miqrantlar kartından istifadə etdi, amma sonra geri çəkildi. Azərbaycanla daha artıq konfrantasiya yaratmağa cəsarət edə bilmədiyinə görə onun hazırda bu kartı tətbiq etmək üçün nə vasitəsi, nə də imkanı var. Rusiyanın regional və beynəlxalq səviyyədə zəiflədiyi kifayət qədər aydındır və bunu daha çox büruzə verməmək üçün Azərbaycanla birbaşa qarşıdurmaya girməyəcək. Çünki bunu etməsi Türkiyə ilə də qarşıdurmaya girməsi deməkdir. Düşünürəm ki, Rusiya növbəti addımda Azərbaycana qarşı mövqeyini daha da sərtləşdirməyəcək. Çünki bu, onun Türk Dövlətləri Təşkilatı ilə də konfrantasiyasına səbəb ola bilər”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Dekabr 2025 01:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















