Icma.az
close
up
RU
Moskvadan sürpriz gözlənti: Bakıda geri sayım başladı 8 gün sonra...

Moskvadan sürpriz gözlənti: Bakıda geri sayım başladı 8 gün sonra...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

AZAL-a məxsus təyyarənin 2024-cü ilin dekabrın 25-də Rusiyanın hava hücumundan müdafiə mexanizmlərinin hücumuna məruz qalaraq qəzaya uğramasının ildönümü yaxınlaşdıqca, Moskvanın bu istiqamətdə hər hansı addım atıb-atmayacağı suallar doğurur.

Son dövrlərdə Kremlin Azərbaycana münasibətdə yenidən şantaj, hədə və təzyiq siyasətinə üstünlük verməsi gözləntiləri daha da həssas edir. Bu fonda Azərbaycan dövlətinin mövqeyi aydındır və dəyişməzdir: hadisəyə görə məsuliyyət daşıyanlar müəyyən edilərək cəzalandırılmalı, dəyən zərərə görə kompensasiya ödənməli və rəsmi şəkildə üzr istənilməlidir. Məhz qeyd olunan tələblər fonunda Moskvanın 25 dekabr tarixində atacağı mümkün addımlar, təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regional siyasi mesaj kimi də xüsusi əhəmiyyət kəsb edir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Kremlin bu istiqamətdə hansısa xüsusi addım atacağı inandırıcı görünmür:

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulmasına görə məsuliyyəti heç vaxt tam mənada üzərinə götürməyib. Hər nə qədər Rusiya Prezidenti Vladimir Putin müəyyən məqamlara aydınlıq gətirməyə çalışsa da, bu, Bakını qane etmədi. Daha dəqiq desək, nə zərərçəkənlərin ailələrinə kompensasiya tam şəkildə ödənilib, nə rəsmi üzr istənilib, nə də hadisədə əli olan şəxslər cəzalandırılıb. Bakının bu istiqamətdə ciddi gözləntiləri var, lakin Kremldən hər hansı konkret cavab eşidilmir.


Qabil Hüseynli 

Bundan əlavə, son zamanlar Rusiya mediasında yenidən anti-Azərbaycan kampaniyası başlayıb. Diaspor üzvlərimizə qarşı aparılan təqiblər, irəli sürülən qanunsuz ittihamlar prosesin müsbət istiqamətdə inkişaf etmədiyini göstərir. Bu baxımdan, dekabrın 25-nə qədər və ya həmin tarixdə Rusiya tərəfindən xüsusi hər hansı addım atılacağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri