Icma.az
close
up
RU
MOSKVANIN BAKIDAN NƏ İSTƏDİYİ MƏLUM OLDU “Qarabağ iddiası”nın səbəbi də ortaya çıxdı

MOSKVANIN BAKIDAN NƏ İSTƏDİYİ MƏLUM OLDU “Qarabağ iddiası”nın səbəbi də ortaya çıxdı

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər əraziləri) tanımasına ümid edir” xəbəri ilə Moskva, nəhayət, Bakıdan nə istədiyini elan etdi.

"AzPolitika" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı Asif Nərimanlı "Ria Novasti"də Azərbaycandan gözləntilərlə bağlı dərc olunan məqaləni şərh edərkən bildirib.

"Mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib və AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər. Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin “Qarabağı mübahisəli” ərazi adlandırması, həm də Krım istəyini ictimaiyyətləşdirməklə mesaj verir" - deyə, o, bildirib. 

Politoloq Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istədiyinə dair fikirlərini də bölüşüb: "İstisna deyil ki, Moskva Bakının tələblərini – mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür – yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir”.

A.Nərimanlı hesab edir ki, Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyi bəllidir: “Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları/addımları gözləniləndir”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu də "RİA Novasti"də Rusiyanın Azərbaycandan gözləntiləri ilə bağlı dərc olunan məqalənin Moskvanın Bakıdan nə istədiyini göstərdiyi fikrindədiur. 

"Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir" - deyə, o, bildirib.

O, Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadla yaymasına diqqət çəkib:

"Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır:

“Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”.

Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımağımızı istəyir. Bu, heç zaman mümkün olmayacaq. Belə olan halda Kreml və rusiyalı rəsmilərdən, deputatlardan və diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik".

Politoloq bildirib ki, Kremlin bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirməsi xüsusi maraq doğurur: "Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır".

Elman İsmayıllı 

"AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri