Icma.az
close
up
RU
Moskvanın elit yaşayış kompleksində partlayış Erməni “kriminal avtoritet“ həlak oldu

Moskvanın elit yaşayış kompleksində partlayış Erməni “kriminal avtoritet“ həlak oldu

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Sarkisyan 2014-cü ildə Maydan etirazçılarına hücumların təşkilində ittiham olunub..."

Bazar ertəsi səhər saatlarında Moskvanın "Qırmızı yelkənlər" yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki,  partlayışın nəticəsində Ukrayna müharibəsində iştirak etmiş və Ukraynada axtarışda olan, Donetsk vilayətinin Qorlovka şəhərindən iş adamı Aram Sarkisyan ( digər adı Aram Qorlovskiy) həlak olub.

Aram Sarkisyan kim olub?

Aram Sarkisyan özünü qondarma "DXR"nin boks federasiyasının prezidenti və "Erməni taboru" (ARBAT) adlanan hərbi birləşmənin yaradıcısı kimi tanıdıb.

Bu birləşmə Rusiya Müdafiə Nazirliyinə tabe olan "Redut" özəl hərbi şirkətinin nəzarətində olub və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edib. 

Sarkisyan 2014-cü ildə Maydan nümayişçilərinə hücum edən dəstələri təşkil etməkdə də şübhəli bilinib. Ukrayna mediası onu kriminal avtoritet adlandırıb.

Partlayışın detalları

Hadisə bazar ertəsi səhər saatlarında yaşayış kompleksinin girişində baş verib. Şahidlər bildirib ki, hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürənlər gəlib.

Rusiyanın Telegram-kanalları hadisə yerindən çəkilmiş görüntüləri paylaşıb. Girişdə şüşələrin sındığı, yerə bir nəfərin yıxıldığı və ona tibbi yardım göstərildiyi görünür.

"Baza" Telegram-kanalı partlayış nəticəsində bir nəfərin öldüyünü, azı beş nəfərin yaralandığını bildirib. SİTA agentliyi də fövqəladə xidmətlərə istinadən bir nəfərin öldüyünü təsdiqləyib.

Partlayış nəticəsində yaralananlar arasında Sarkisyanın mühafizəçiləri, o cümlədən Rusiya xüsusi xidmət orqanlarının işçisi olduğu iddia edilən bir nəfər də var.

Məlumatlara görə, partlayışa ya əldəqayırma partlayıcı qurğu, ya da qumbara səbəb olub. Rusiya dövlət KİV-ləri bu barədə cinayət işinin açıldığını yazıb.

Sifarişli qətl versiyası

Əsas versiyaya görə, bu, sifarişli qətldir. Sarkisyanın partlayış zamanı girişdə mühafizəçiləri ilə birlikdə olduğu versiyasını "Kommersant" nəşri də təsdiqləyib.

Kriminal keçmişi

Aram Sarkisyan 1978-ci ildə Donetsk vilayətinin Qorlovka şəhərində doğulub və "Aram Qorlovski" ayaması ilə tanınıb. Ukrayna mediasına görə, o, atasından miras qalmış kriminal dəstəyə başçılıq edib. 1990-cı illərdə bu dəstə problemləri zorakılıqla həll etmək üçün Qorlovkaya gedib. 

Sarkisyanın vaxtilə Ukraynanın nüfuzlu kriminal avtoritetlərindən biri olan Yuri İvanyuşenko (Yura Enakiyevski) ilə yaxın əlaqələri olub və Qorlovkanın "nəzarətçilərindən" biri kimi tanınıb. 2010-cu illərin əvvəllərində o, İvanyuşenkonun kömür biznesinə nəzarət edib.

2014-cü ildə Qorlovka döyüşlər nəticəsində qondarma "DXR" və Ukrayna qoşunlarının nəzarətində olan ərazilərin sərhədinə çevrildikdən sonra Sarkisyan şəhəri tərk edib və Rusiyaya köçüb. Lakin Ukrayna mediası onun öz dəstəsinə nəzarəti itirmədiyini və onu Rusiyadan idarə etdiyini yazıb.

Rusiyada Sarkisyan uğurlu biznesmenə çevrilib. O, "AB GRUPP" şirkətini qurub və 2023-cü ildə şirkətin dövriyyəsi 3,3 milyon rubl təşkil edib. Həmin il o, Rusiya tərəfindən işğal olunmuş Makeyevkada qeydiyyatdan keçmiş "Korner" şirkətinin 50 faizinə sahib olub. Şirkət kömür hasilatı ilə məşğul olub və 2023-cü ildə gəliri 369 milyon rubl təşkil edib.

2024-cü ildə isə Rusiya nəzarətindəki Xerson vilayətində bir neçə yeni müəssisə açıb və bu ərazilərin inkişafı ilə məşğul olmaq niyyətində olub.

Ukraynada axtarışda olan şəxs

2014-cü ilin mayından etibarən Sarkisyan beynəlxalq axtarışa verilib. O, Kiyevin mərkəzində qətllərin təşkilində ittiham olunur.

Ukrayna mediasına görə, Sarkisyan qaçqın statusu ilə Rusiyada yaşayan keçmiş prezident Viktor Yanukoviçin yaxın tanışı olub  və Maydan etirazçılarına hücumların təşkilatçılarından biri hesab olunub. O, 2014-cü il fevralın 19-da Kiyevdə jurnalist Vyaçeslav Veremiyanın qətlini təşkil etməkdə də şübhəli bilinib.

2018-ci ilin aprelində Fransada saxlanılan Sarkisyanın Ukraynaya ekstradisiyası üçün sənədlər hazırlanıb, lakin iki gün sonra o, "şəxsi öhdəlik" əsasında sərbəst buraxılıb.

2024-cü ilin dekabrında Ukrayna hüquq-mühafizə orqanları Sarkisyanı qeyri-qanuni silahlı birləşmələrdə könüllü iştirak və təcavüzkar dövlətə köməkdə ittiham edib. Bu ittiham onun "ARBAT" batalyonunu təşkil etməsi ilə əlaqələndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri