Icma.az
close
up
RU
Moskvanın Ermənistandakı seçkilərə təsiri: “5 ci kolon”a ümid edir ŞƏRH

Moskvanın Ermənistandakı seçkilərə təsiri: “5 ci kolon”a ümid edir ŞƏRH

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2026-cı ilin iyun ayında Ermənistan parlamentinə növbəti seçkilər keçiriləcək. Seçkilərdə Rusiya faktorunun həlledici olub-olmaması məsələsi diqqətdədir.

Bu barədə Modern.az-a açıqlama verən politoloq Sahil İsgəndərov bildirib ki, İrəvanın artıq Qərbə meyillənməsi və Qərbin cəbhəsinə keçməsi, Moskva tərəfindən qıcıqla qarşılanır. Bu hal Rusiyanın Ermənistana nüfuzunu şərtləndirən mühüm amildir:

"Mən düşünürəm ki, Ermənistanla bağlı Moskvanın bu kontekstdə çox da sərt addımlar atmamasının əsas səbəbi hazırda Rusiyanın Ukrayna cəbhəsində üzləşdiyi çətinliklərdir.

Çünki Moskva Ermənistanı cəzalandırmaq planını, belə deyək, hələlik kənara çəkib. Hazırda Rusiyanın, qeyd etdiyim kimi, qarşılaşdığı daha ciddi problemlər var”.


Politoloqun fikrincə, bu o demək deyil ki, Rusiya gələn seçkilərdə Ermənistanın seçki prosesinə təsir göstərməyə cəhd etməyəcək:
"Təxminən 4–5 ay əvvəl ciddi bir məlumat sızmışdı ki, Rusiyanın keçmiş agent şəbəkəsinin rəhbəri və sabiq baş nazir Serj Sarkisyanın komandasına bağlı şəxslərin nəzarətində Rusiya Prezident Administrasiyasında xüsusi bir qrup yaradılıb. Bu qrupun məqsədi konkret olaraq Ermənistanla münasibətlərin tənzimlənməsi və Ermənistanda Rusiyanın nüfuzunun zəifləməsinin qarşısının alınmasıdır.
Yeri gəlmişkən, son vaxtlar Rusiya hökumətinin yüksək vəzifəli şəxsləri tərəfindən, xüsusən də hökumət tərəfindən Ermənistana iqtisadi əməkdaşlıq baxımından ciddi xəbərdarlıqların edilməsi də bunu təsdiqləyir.
Əlbəttə ki, Rusiya çalışacaq ki, həmin seçkilərə bu və ya digər şəkildə Ermənistandakı “5-ci kolon” vasitəsilə təsir göstərsin. Konkret olaraq, növbəti seçkilərdə özünün təsir dairəsində olan qüvvələrin — Köçəryan–Sarkisyan tandeminin partiyalarının parlamentdə yer almasına, nə qədər mümkündürsə, təmsil olunmasına çalışacaq.
Doğrudur, amma bu heç də o demək deyil ki, Rusiyanın gələcək planında məhz Köçəryanı və ya Sarkisyanı yenidən hakimiyyətdə görmək dayanır”.



Sahil İsgəndərov vurğulayıb ki, Rusiyanın xüsusi xidmət orqanlarına bağlı şəxslərin parlamentdə yer almasına çalışacağı da istisna deyil və Moskva buna ümid edir:
"Hazırda həbsdə olan, “dövlətçilik əleyhinə fəaliyyət”də ittiham edilən erməni əsilli rusiyalı sahibkar Samvel Karapetyanın və onun qardaşı oğlu Narek Karapetyanın bu proseslərdə iştirakı məsələsi də diqqət çəkir. Onların yaratdığı partiyanın məramı açıqlanarkən bildirilirdi ki, seçkilərə qoşulacaqlar və qalib gəlməyə çalışacaqlar.

Yəqin ki, heç kim üçün sirr deyil ki, Karapetyanların yaratdığı bu layihənin arxasında məhz Rusiyanın dayandığı, Moskvanın siyasi dəstəyinin olduğu çox açıq şəkildə görünür. Məncə, bu artıq heç kim üçün qaranlıq məsələ deyil".
 

Cavid Zahidoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri