Icma.az
close
up
RU
Moskvanın iki planı fiaskoya uğradı: Ukraynadan 4 illik inanılmaz həmlə

Moskvanın iki planı fiaskoya uğradı: Ukraynadan 4 illik inanılmaz həmlə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 24-də Rusiya–Ukrayna müharibəsinin dörd ili tamam olur. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı hərbi toqquşmada bu günə qədər nə açıq qalib, nə də tam məğlub tərəf müəyyən edilib. Cəbhə xətti dəyişsə də, strateji balans donmuş vəziyyətdədir.

Dörd il ərzində hərbi taktika, enerji təhlükəsizliyi, iqtisadi sanksiyalar və geosiyasi bloklaşma yeni mərhələyə qədəm qoyub. Qarşıdurma Ukrayna ilə yanaşı, Avropa və ABŞ-a da mənfi təsir edib, tərəfdaşlar arasında ciddi fikir ayrılığına təhlükəsizlik təhdidinə səbəb olub.

Bu müharibə sadəcə ərazi mübahisəsidir, yoxsa qlobal strateji planın tərkib hissəsi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya–Ukrayna müharibəsi Moskvada imperiya təfəkkürünə sahib olanların istəyi əsasında baş tutub:

“Söhbət təkcə Donbas və Luqanskın işğalından getmir. Rusiyanı idarə edənlər düşünür ki, imperiyanın sərhədlərini bərpa etmək lazımdır. Yəni Ukrayna ilə məsələ bitmiş olsaydı belə, fərqli istiqamətlərə yönələcəkdilər. Məsələn, Ukraynadan öncə Gürcüstan işğal edildi, daha sonra müəyyən səbəblərə görə geri çəkildilər. Lakin Ukraynada ilişib qaldılar.

Müharibənin başlanğıcında düşünülürdü ki, qarşıdurma qısa zaman ərzində bitəcək, Kiyevdə özlərinə sadiq hakimiyyət təyin ediləcək. Hətta bu plan alınmasa belə, Rusiya Ukraynanı iki yerə parçalamağı düşünürdü. Lakin hər iki plan baş tutmadı. Hətta Kremlin Donbas sərhədlərini belə tam aşması mümkün olmadı. Bu da azmış kimi, hər iki ölkə xeyli itki verdi.


Elxan Şahinoğlu

Müharibənin ən acınacaqlı tərəfi odur ki, Rusiya və Ukrayna bir daha heç vaxt əvvəlki kimi bir-birinə münasibət bəsləməyəcək. Hətta müharibə bitsə belə, vəziyyətin dəyişəcəyi çətin görünür.

Rusiya müharibəni öz xeyrinə həll edə bilmir. Son zamanlar aparılan danışıqlarda vasitəçilərin səyləri də nəticə vermir. Rusiya Donbasın tamamını tələb edir, Ukrayna isə haqlı olaraq torpaqlarını güzəştə getmək istəmir. Belə olan təqdirdə yaxın müddətdə sülhün əldə ediləcəyini demək çətindir. Müharibə hələ bir müddət davam edəcək. Kimin resursları daha çox yetərsə, o da istəyinə nail olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri