Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Moskvaya getməyən Prezident sübut etdi: Dövlətin qüruru “qırmızı xətti”dir

Moskvaya getməyən Prezident sübut etdi: Dövlətin qüruru “qırmızı xətti”dir

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Moskvada keçirilən 9 May Qələbə Paradına getməkdən imtina edən Prezident İlham Əliyev bir daha sübut etdi: dövlətin qüruru və vətəndaşların həyatı onun üçün hər şeydən üstündür və məsələ milli maraqlar olanda Azərbaycan liderini prinsipial mövqeyindən heç bir güc geri çəkilməyə məcbur edə bilməz.

Bəli, Azərbaycan məhz İlham Əliyev kimi qətiyyətli və dərin strateji ağıla malik olan lideri sayəsində regionda əsas gücə, qlobal siyasətdə həlledici mövqeyə sahib olan dövlətə çevrilib.

Qətiyyət və dərin strategiya: bu iki amilin tandemi olmadan beynəlxalq münasibətlərin mövcud şərtlərində güclü dövlət olmaq çətindir. Qətiyyətli mövqe strateji ağıla söykənməyəndə dövlətlər itkilərlə üzləşə bilir, mövcud dünyada baş verənlər, xüsusilə müxtəlif ölkələrin böyük güclərin poliqonuna çevrilməsi kimi hallar bunun əyani nümunəsidir. Azərbaycan isə Prezident İlham Əliyevin milli maraqların müdafiəsində strateji ağıla söykənən qətiyyətli siyasəti nəticəsində “kiçik dövlət belə böyük məmləkət qədər güclü ola bilər” deyiminin real nümunəsini yaradıb.

Prezident İlham Əliyevin bütün fəaliyyətində bunun dəfələrlə şahidi olmuşuq.

- Qarabağın işğalı dövründə aparılan danışıqlar zamanı Azərbaycanın Ermənistana güzəştə getməsi üçün edilən təzyiqlər qarşısında sona qədər qitəyyətli mövqe sərgiləyib;
- 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda başlatdığı müqəddəs müharibənin dayandırılması üçün beynəlxalq güclər tərəfindən edilən böyük təzyiqlər qarşısında geri çəkilməyib və ərazi bütövlüyümüzü bərpa edib;
- Vətən müharibəsindən sonra hər şeyə – qlobal müstəvidə Azərbaycana qarşı oynanılan oyunlara, birbaşa şəxsinə qarşı edilən təzyiqlərə rəğmən suverenliyimizin bərpa edilməsi hədəfindən yayınmadı, addım-addım irəlilədi və buna nail oldu.

Artıq dünya siyasətində Prezident İlham Əliyevin milli maraqlar məsələsində bir addım da geri çəkilməyən qətiyyətli xarakteri hər kəs tərəfindən qəbul edilir. Bütün ölkələr anlayırlar ki, məsələ Azərbaycan xalqının, dövlətinin milli maraqlarıdırsa, İlham Əliyevi heç bir güc yolundan döndərə bilməz. Moskva paradına getməkdən imtina edən Prezident İlham Əliyev bunu bir daha sübut etdi və göstərdi ki, Azərbaycan xalqının maraqları, dövlətin milli qüruru onun “qırmızı xəttidir”.

Ötən ilin 25 dekabrında Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Üç ekipaj üzvü, 35 sərnişin həlak oldu. Təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu faktı təsdiqlənəndən sonra Prezident İlham Əliyev Azərbaycanın konkret tələblərini irəli sürdü:

- Rusiya AZAL-ın təyyarəsinin vurulmasına görə Azərbaycandan üzr istəməlidir;
- Təyyarənin vurulması faktını qəbul etməli, baş verən hadisə ilə bağlı cinayət işi açmalı, günahkarlar cəzalandırılmalıdır;
- Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Rusiya isə Azərbaycanın haqlı tələblərini yerinə yetirməmək üçün müxtəlif cəhdlərə əl atır.

- Təyyarənin vurulma faktını ilk gündən gizlətməyə çalışdılar, lakin buna nail ola bilmədilər;
- Faktlar ortaya çıxanda məsuliyyətdən yayınmaq, müxtəlif bəhanələrlə məsələni arxa plana keçirməyə çalışdılar, lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi hadisənin ört-basdır etmək cəhdlərini nəticəsiz etdi.

Bütün cəhdləri uğursuz olan Rusiya Azərbaycana müxtəlif formalarda təzyiq etməklə təyyarənin vurulması faktının unudulmasına çalışır. Belə cəhdlər həm Rusiya mediası, həm ictimai-siyasi dairələri tərəfindən anti-Azərbaycan kampaniyasının aparılmasında da aydın görünür. Əslində Prezident İlham Əliyevin Moskva paradında iştirak etməsi də Rusiya üçün AZAL təyyarəsinin vurulması məsələsini unutdurmaq baxımından yeni fürsətlər yarada bilərdi. Çünki Azərbaycan liderinin paradda iştirakı Bakının Moskva qarşısında tələblərindən geri çəkildiyi görüntüsü yaradacaqdı. Rusiya prezidenti Vladimir Putinin martın 15-də Belarus prezidenti Aleksandr Lukaşenko və Tacikistan prezidenti Emomali Rəhmonla birlikdə Prezident İlham Əliyevə zəng etməsi, Azərbaycan liderini Moskva paradına dəvət etməsi də bu kontekstdə diqqət çəkirdi. Bu, Putinin təyyarə böhranından sonra Prezident İlham Əliyevə ilk zəngi idi və belə görünürdü ki, Rusiya prezidenti dəvətinin geri çevrilməsi, yaxud İlham Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı tələbləri irəli sürməsi ehtimalına qarşı Lukaşenko-Rəhmon ikilisini prosesə qoşub. Prezident İlham Əliyev dəvəti qəbul etdi, amma bu, Bakının tələblərindən imtina etməsi demək deyildi. Əksinə, Prezidentin parada getməməsi təsdiq edir ki, rəsmi Bakı Moskva qarşısında “Rusiya təyyarənin vurulması ilə bağlı müvafiq addımlar atmayacaqsa, paradda iştirak da sual altına düşəcək” mövqeyini çatdırıb.

Məlum telefon zəngindən ötən müddətdə Rusiyanın Azərbaycanın haqlı tələblərini yerinə yetirmək əvəzinə, imperativ yanaşma sərgilədiyi müşahidə edildi.

- Azərbaycanın media resurslarına qarşı kütləvi şəkildə kiberhücumlar həyata keçirildi;
- Milli Məclisin deputatı Azər Badamov Moskva hava limanında saxlanılaraq, deportasiya edildi.

Bütün bunlar Rusiyanın Azərbaycanın təyyarə məsələsində mövqeyindən imtina etməsi məqsədilə həyata keçirdiyi təzyiq siyasətinin tərkib hissəsi kimi görünür. Rusiya düşünür ki, 2014-cü ildə Malaziya təyyarəsinin vurulmasına görə məsuliyyətdən yayındıqları kimi, AZAL-ın təyyarəsinin vurulmasında da istədiklərinə nail olacaqlar. Lakin bir məsələni unudurlar: Prezident İlham Əliyev üçün dövlət və milli maraqlar “qırmızı xətdir” və heç bir güc bunu dəyişdirə bilməz.

Paradda iştirak etməkdən imtina edən Azərbaycan Prezidenti bu mövqeyini əyani şəkildə nümayiş etdirdi və sübut etdi ki, dövlətin qüruru, vətəndaşların həyatı, bir sözlə milli maraqlar onun üçün vazkeçilməz prinsiplərdir.

Burada ümummilli lider Heydər Əliyevin tarixə keçən sözləri yada düşür: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Bu tarixi sözləri daim prioritet seçən, xalqın hüquqlarını, maraqlarını bütün şərtlərdə qoruyan Prezident İlham Əliyev coğrafi baxımdan kiçik olan Azərbaycanı böyük məmləkət qədər güclü edib. Rusiya da daxil olmaqla dünyanın istənilən ölkəsi, istənilən gücü Prezident İlham Əliyevin dövlət-millət maraqlarının müdafiəsi zamanı sərgilədiyi qətiyyəti qarşısında heç nə edə bilməz.

Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri