Icma.az
close
up
RU
Moskvaya yağan güclü qar həyatı iflic edib

Moskvaya yağan güclü qar həyatı iflic edib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Moskva, 27 aprel, AZƏRTAC

Son sutka ərzində yağan güclü qar və yolların buz bağlaması, habelə saniyədə 23-25 metrə qədər sürətlə əsən külək səbəbindən Moskva və Moskva vilayəti üçün narıncı hava xəbərdarlığı elan edilib.

AZƏRTAC-ın Rusiya Hidrometeorologiya Mərkəzinə istinadla xəbər verir ki, xəbərdarlıq paytaxtda 28 aprel saat 21:00-dək, Moskva vilayətində isə saat 03:00-dək qüvvədədir. Güclü yağıntıların, sulu qarın davam edəcəyi, yolların buz bağlayacağı gözlənilir. Sinoptiklər Moskvada 24 saat ərzində orta aylıq göstəricinin əhəmiyyətli bir hissəsi olan 16 millimetrə qədər yağıntı düşə biləcəyini proqnozlaşdırırlar.

Meteoroloqların məlumatına görə, paytaxtda qarın qalınlığı aprelin sonu üçün rekord həddə - 12 santimetrə çatıb. Sinoptiklər havaların soyumasını Şimali Atlantika siklonunun təsiri ilə əlaqələndirirlər. Əlverişsiz hava şəraiti artıq şəhər infrastrukturunu pozub: onlarla ağac yıxılıb, metronun bir xəttində xidmət müvəqqəti olaraq dayandırılıb və Vnukovo hava limanında bəzi uçuşlar təxirə salınıb. Hakimiyyət orqanları sakinlərə imkan daxilində şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi və təhlükəsizlik tədbirlərinə uyğun davranmağı tövsiyə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri