Icma.az
close
up
RU
Mosvada saxlanılan milyarder İbrahim Süleymanov KİMDİR?

Mosvada saxlanılan milyarder İbrahim Süleymanov KİMDİR?

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Rusiyanın ən qapalı və nüfuzlu oliqarxlarından biri hesab olunan milyarder İbrahim Süleymanov saxlanılıb.

Redaktor.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Süleymanov oktyabrın 2-nə keçən gecə Moskva Cinayət Axtarış İdarəsi (MUR) tərəfindən tutulub.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham irəli sürülür. İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

İbrahim Süleymanov 1967-ci ildə Dağıstanın Rutul rayonunun Rutul kəndində anadan olub. O, uzun illərdir kölgə biznesi elitasının üzvü kimi tanınır və “Sirrena-Travel” (aviasiya biletlərinin dövlət rezervasiya sistemi) üzərində ciddi təsirə malikdir.

Rusiya mediası onun kriminal keçmişini xüsusi vurğulayır. Süleymanov daha əvvəl milyardlarla dəyərində dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə məhkum olunub, həmçinin silah saxlama maddəsi üzrə də məsuliyyət daşıyıb. 2007-ci ildə məhkəmə onu 10 il 8 ay həbs cəzasına məhkum edib, lakin 2015-ci ildə vaxtından əvvəl azadlığa çıxıb.

O, Platon Lebedevin (Xodorkovskinin keçmiş tərəfdaşı, “YUKOS işi”nin fiqurantı) kürəkənidir. Oğlu Rəsul Süleymanov rəsmi sənədlərdə “Sirrena-Travel” və bir sıra digər iri şirkətlərin payçısı kimi göstərilir. Lakin Rusiya KİV-ləri bu aktivlərin əsl benefisiarının İbrahim Süleymanov olduğunu iddia edir.

Ailəsi vasitəsilə həm ofşor şirkətlərə, həm də strateji İT infrastruktura nəzarət etdiyi bildirilir.

Onun adı bir sıra qalmaqallı hadisələrlə də əlaqələndirilir: 2000-ci illərdə aviasiya konsorsiumlarında böyük maliyyə maxinasiyaları, qanunsuz silah saxlanması, reket və aktivlərin ələ keçirilməsi, həmçinin həmkar ittifaqı lideri Gennadi Borisovun qətli ilə bağlı ehtimallar (Borisov 25 bıçaq zərbəsi ilə öldürülmüşdü) səsləndirilir.

Hazırda onun barəsində yeni cinayət işi üzrə istintaq davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:309
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri