Icma.az
close
up
RU
Motosiklet avtomobillə toqquşdu: ata və oğlu öldü Azərbaycanda dəhşətli qəza

Motosiklet avtomobillə toqquşdu: ata və oğlu öldü Azərbaycanda dəhşətli qəza

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, motosiklet və minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ata və oğul ölüb. Hadisə bu gün saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb.

Motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

(Report)

seeBaxış sayı:49
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri